“LUKOIL” Niderlandda neft emalı zavoduna nəzarəti itirdi

“LUKOIL” Niderlandda neft emalı zavoduna nəzarəti itirdi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Fransa, #Lukoil, #Niderland, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransanın “TotalEnergies” neft şirkəti Niderlanddakı “Zeeland” neft emalı zavodu üzərində əməliyyat nəzarətini əldə edib. Müəssisə qismən ABŞ sanksiyaları altında olan Rusiyanın “LUKOIL” şirkətinə məxsusdur.

Bu barədə presstvaz “Reuters” nəşrinə istinadən məlumat verib.

Fransa şirkətinin baş direktoru Patrik Puyann qeyd edib ki, “Total” Rusiyaya məxsus neft emalı zavodunun 45%-lik payını satın almayıb. O izah edib ki, “LUKOIL”la müqavilə “TotalEnergies”ə neft emalı zavodunu müvəqqəti olaraq istismar etməyə imkan verir.

Razılaşmalara əsasən, Fransa neft nəhəngi bütün xammalı tədarük edir, əməliyyat xərclərini ödəyir və neft emalı zavodunun bütün məhsullarını, yəni neft məhsullarını alır. Puyann bildirib ki, bu şərtlər səhmdarlar arasında mövcud müqavilənin bir hissəsidir və “LUKOIL” öz payı üçün alıcı tapana qədər qüvvədə qalacaq.

“Aydın idi ki, “LUKOIL” getməlidir… amma müəssisəni kimə satacaqları onların işidir”, – deyə Puyann əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv