Krasnodarda kollecdə atışma: Ölən və yaralanan var

Krasnodarda kollecdə atışma: Ölən və yaralanan var






presstv

"Presstv"az #Audi, #Hadisə, #Kitab, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Krasnodar diyarının Anapa şəhərində yerləşən sənaye texnikumunda atışma baş verib.

Bu barədə presstvaz “MK.ru” nəşrinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, atışma nəticəsində bir mühafizəçi ölüb, daha iki nəfər – qadın kitabxanaçı və bir tələbə yaralanıb.

Hücum nahar fasiləsi zamanı baş verib. Ov tüfəngi ilə silahlanmış gənc oğlan kollecə girməyə cəhd edib, lakin mühafizəçi onu dayandırmağa çalışıb və bu zaman cinayətkar atəş açıb.

Vilayət qubernatorunun sözlərinə görə, mühafizəçi operativ reaksiya verib, hüquq-mühafizə orqanlarına zəng edib, hücum edən şəxsin daha irəli getməsinin qarşısını alıb və bu zaman həyatını itirib.

Yeməkxanaya gedən qadın kitabxanaçı və tələbələrdən biri hadisə anında xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər. Atışmada xəsarət alanların dəqiq sayı müəyyən edilir.

Atışma başladıqdan dərhal sonra şagirdlər və müəllimlər sinif otaqlarına qapanıblar.

Hücumda şübhəli bilinən şəxs saxlanılıb. İlkin məlumata görə, onun 17 yaşı var.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv