Samvel Karapetyan Ermənistanda partiya sədri seçildi

Samvel Karapetyan Ermənistanda partiya sədri seçildi






presstv

"Presstv"az #Audi, #Ermənistan, #Hakim, #İrəvan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tanınmış sahibkar Samvel Karapetyan Güclü Ermənistan Partiyasının sədri seçilib.

presstvaz xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, bu gün partiyanın təsis qurultayı keçirilib. Tədbirdə partiyanın sədri və idarə heyəti seçilib.

Fevralın 12-də isə partiyanın baş nazir postuna namizədinin adı açıqlanacaq.

Qeyd edək ki, erməniəsilli rusiyalı sahibkar 2025-ci ilin iyununda saxlanılıb. O, hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunub. İş adamı günahını inkar edir. İrəvan məhkəməsi ona ikiaylıq həbs cəzası verib, lakin bu müddət sonradan bir neçə dəfə uzadılıb.

Onun cəzası yanvarın 18-də ölkəni tərk etməmək barədə yazılı iltizam və girov müqabilində ev dustaqlığına dəyişdirilib. Bundan əlavə, ölkə hakimiyyəti Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi təşəbbüsünü irəli sürüb. Həbs olunduqdan sonra Karapetyan erməni xalqının aktual problemlərini həll edəcək prinsipial bir siyasi qüvvə yaratmaq niyyətini açıqlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv