“Poyraz Karayel” serialının aktyoru qəfil dünyasını dəyişdi

“Poyraz Karayel” serialının aktyoru qəfil dünyasını dəyişdi






presstv

"Presstv"az #Aktyor, #Audi, #Həkim, #Türkiyə, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin tanınmış “Çemberimde gül oya”, “Poyraz Karayel” və “Bir deli rüzgar” kimi seriallarındakı rolları ilə tanınan məşhur türkiyəli aktyor Kanbolat Görkem Arslan vəfat edib.

presstvaz bu barədə NTV.com.tr nəşrinə istinadən xəbər verir.

Son olaraq “Kudüs Fatihi Selahəddin Eyyubi” serialında rol alan sənətçi 45 yaşında həyatını itirib.

Kanbolat Görkem Arslanın gecə saatlarında Beyoğlu rayonundakı mənzilində səhhəti qəfil pisləşib. Evə çağırılan tibbi heyətin ilkin yardımından sonra aktyor təcili xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Tibb müəssisəsi tərəfindən aktyorun ölüm səbəbi barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.

Kanbolat Görkem Arslan aktyorluq karyerasına 2004-cü ildə “Çemberimdə gül oya” serialı ilə başlamışdı.

1998-ci ildən teatr səhnəsində fəaliyyət göstərən sənətkar “Daire”, “Yurt”, “Teslimiyyət” kimi kinofilmlərdə, həmçinin “Çemberimde gül oya”, “Poyraz Karayel”, “Bir deli rüzgar”, “Yer Gök Aşk”, “Ezel”, “Hayat bazen tatlıdır” kimi televiziya seriallarında yaddaqalan obrazlar yaradıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv