Azər Mursaqulov kollektivə təqdim olundu

Azər Mursaqulov kollektivə təqdim olundu






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Dövlət Statistika Komitəsi, #İlham Əliyev, #Sərəncam, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2026-cı il tarixli Sərəncamına əsasən Dövlət Statistika Komitəsinin (DSK) sədri təyin edilən Azər Mursaqulovu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov fevralın 11-də Komitənin kollektivinə təqdim edib.

presstvaz xəbər verir ki, bu barədə DSK məlumat yayıb.

Təqdimat zamanı çıxış edən Xalid Əhədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında aparılan genişmiqyaslı islahatların bütün sahələri əhatə etdiyini, statistika sahəsinin isə xüsusi əhəmiyyət daşıdığını bildirib.

Dövlət Statistika Komitəsinin fəaliyyətinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayan Xalid Əhədov dünyada baş verən proseslərin, rəqəmsallaşmanın ölkənin sosial-iqtisadi və digər sahələrinə təsiri fonunda dövlət qurumlarının, eyni zamanda Komitənin də qarşısında duran yeni vəzifələrdən bəhs edib. Xalid Əhədov bu vəzifələrin uğurla icra olunacağına əminliyini ifadə edib və yeni təyin olunmuş sədrə, eləcə də kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov çıxışında ona göstərilən etimada görə Prezident İlham Əliyevə öz təşəkkürü bildirib. O qeyd edib ki, Komitə qarşısında qoyulan hədəflərin layiqincə icrası, innovativ yanaşmaların tətbiqi, data əsaslı qərarların qəbulu üçün statistika sahəsinin davamlı inkişafı və ölkənin sosial-iqtisadi tərəqqisinə töhfə verəcək islahatların ardıcıl şəkildə həyata keçirilməsi istiqamətində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bilik, təcrübə və səylərini səfərbər edərək əzmlə çalışacaqlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv