Kolumbiya prezidenti və övladları sui-qəsd təhlükəsi ilə üzləşiblər

Kolumbiya prezidenti və övladları sui-qəsd təhlükəsi ilə üzləşiblər






presstv

"Presstv"az #Audi, #Hadisə, #Kolumbiya, #Qustavo Petro

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kolumbiyanın dövlət başçısı Qustavo Petro Kordova regionuna helikopterlə səfəri zamanı ona qarşı planlaşdırılan sui-qəsd cəhdindən qurtulduğunu bəyan edib.

presstvaz yerli “El Tiempo” qəzetinə istinadla məlumat verir ki, prezident bu hadisənin təfərrüatını hökumətin Monteria şəhərində baş tutan toplantısında bölüşüb.

“Fevralın 9-da Kordovada eniş etmək mümkün olmadı. Mənim olduğum helikopterin atəşə tutulma ehtimalı var idi. Etiraf etməliyəm ki, həmin an sui-qəsd təhlükəsindən qaçdıq, elə bu səbəbdən dünən gəlməyim baş tutmadı. Təyinat nöqtəsinə enə bilmədim. Hətta eniş zolağının işıqlarını belə yandırmadılar. Dəniz üzərində dörd saat uçuş həyata keçirdik və heç vaxt planlaşdırmadığımız bir məkana gəlib çıxdıq. Övladlarımla birgə sui-qəsd cəhdindən xilas ola bildik”, – deyə Kolumbiya prezidenti vurğulayıb.

Nəşr xatırladır ki, Q.Petro daha əvvəl də narkotik kartellərinin onu aradan götürmək istədikləri barədə dəfələrlə xəbərdarlıq edib. Məlumatda, həmçinin Kolumbiyanın ən güclü cinayətkar qruplaşması sayılan “Körfəz klanı”nın Kordova ərazisində fəallıq göstərdiyi qeyd olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv