“Global Media Group” Media Akademiyasının təlim proqramı yekunlaşıb

“Global Media Group” Media Akademiyasının təlim proqramı yekunlaşıb






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Baş redaktor, #Fotojurnalistika, #Jurnalistlər, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Global Media Group” Media Akademiyasının tərkibində fəaliyyət göstərən “Report Media Məktəb”i və “Peşəkar Media Məktəbi”nin birgə təlim proqramı uğurla başa çatıb. Proqramı tamamlayan səkkiz məzuna sertifikat təqdim olunub.

presstvaz xəbər verir ki, “Report” İnformasiya Agentliyində keçirilən yekun görüşdə agentliyin direktoru Fuad Hüseynəliyev, baş redaktoru Namiq Mayılov, “Report Media Məktəbi”nin rəhbəri İsmayıl Rafiqoğlu, eləcə də “Peşəkar Media Məktəbi”nin təlimçiləri – “Global Media Group”un Marketinq və Kommunikasiya departamentinin rəhbəri Laura Seyidbəyova, PR və marketinq meneceri Vüsal Bəkirov, Media.az informasiya portalının direktoru – baş redaktoru Cəmilə Ələkbərova və “Global Management” MMC-nin İnsan resursları departamentinin baş meneceri Mələknaz Yusifova iştirak ediblər.

Görüşdə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev çıxış edərək bildirib ki, təlim proqramı əvvəlki dövrlərlə müqayisədə daha da təkmilləşib, iştirakçıların tapşırıqlara məsuliyyətli və peşəkar yanaşması sayəsində yüksək nəticələrə nail olunub. “Tələbələr təlim müddətində fəallıq və təşəbbüskarlıq nümayiş etdirərək öz istedadlarını ortaya qoya biliblər və bu yanaşma onların gələcəkdə uğurlu jurnalist kimi fəaliyyət göstərəcəklərinə işarədir”, – deyə o bildirib.

“Global Media Group”un Marketinq və Kommunikasiya departamentinin rəhbəri Laura Seyidbəyova çıxışında vurğulayıb ki, Media Akademiya layihəsi Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində medianın dayanıqlı inkişafına töhfə vermək, gənclərin bilik və bacarıqlarını artırmaq, müasir media çağırışlarına cavab verən peşəkar kadr potensialı formalaşdırmaq məqsədi daşıyır. “Eyni zamanda, təlim müddətində aparıcı media nümayəndələrinin iştirakçılarla görüşlərinin təşkil olunduğu və onların praktik biliklərinin inkişafına xüsusi önəm verilib”, – L.Seyidbəyova vurğulayıb.

Təlim proqramı çərçivəsində iştirakçılar xəbər, müsahibə, reportaj və araşdırma yazılarının hazırlanması ilə yanaşı, fotojurnalistika, rəqəmsal marketinq və yumşaq bacarıqlar üzrə bilik və praktiki təcrübə qazanıblar.

Media Akademiyası layihəsinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.

Azərbaycanın ən böyük media şirkətlər qrupundan biri olan “Global Media Group” 2017-ci ildən fəaliyyətə başlayıb. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (“Facebook”, “Instagram”, “LinkedIn”) müraciət edə bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv