Valideynlər övladlarına iş dəftərlərini almalıdırlar?

Valideynlər övladlarına iş dəftərlərini almalıdırlar?






presstv

"Presstv"az #Ailə, #Audi, #Dərslik, #Təhsil, #Təhsil İnstitutu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Məktəblərdə iş dəftərlərinin alınması məcburi deyil, lakin arzu olunandır”.

presstvaz xəbər verir ki, bu sözləri “Təhsil” TV-nin efirində çıxışı zamanı Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev deyib.

O bildirib ki, öyrənmə prosesi o qədər də sadə və düzxətli bir proses deyil:

“Təsəvvür edin, uzun müddətdir ki, bir ailədən təhsil alan iki nəfərin birinin yaxşı, digərinin pis qavraması məsələsini araşdırırlar.

Nəzərə almaq lazımdır ki, dövlət tərəfindən şagirdlərin istifadəsinə ödənişsiz əsasla verilən dərsliklərin üzərində cızma-qara aparmağa icazə verilmir. Əlavə resursdan istifadə yalnız öyrənmənin dərinləşdirilməsinə və təkmilləşdirilməsinə xidmət edir. Çünki elə fənn var onlarda yazmaq lazım gəlir. Məsələn, riyaziyyat, təbiət fənlərini buna misal göstərmək olar. Buna görə biz iş dəftərləri lazımsızdır deyə bilmərik. Burada müəyyən biliklərin qavranılmasına həsr olunan tapşırıqlar var. Müəllim iş dəftərinin alınmasını tələb edirsə, demək o şagirdi öyrətmək istəyir. Bu bir nöqsan deyil. Arzu olunandır ki, iş dəftərləri alınsın, lakin bu, bir məcburiyyət deyil”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv