VIII Henriyə aid nadir kulon xilas edildi: Britaniya Muzeyi milyonlarla vəsait topladı

VIII Henriyə aid nadir kulon xilas edildi: Britaniya Muzeyi milyonlarla vəsait topladı






presstv

"Presstv"az #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Fransa, #İngiltərə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Britaniya Muzeyi VIII Henri ilə əlaqəli nadir qızıl kulonu ictimai kolleksiyada qorumaq üçün 3,5 milyon funt sterlinq (təxminən 8,1 milyon manat) vəsait toplayıb.

presstvaz xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

“Tudorların ürəyi” adlanan kulon Uorvikşir qraflığında bir tarlada metal detektoru ilə tapılıb. Bu artefakt VIII Henrinin ilk həyat yoldaşı Araqonlu Yekaterina ilə 24 illik evliliyi dövrünə aid yeganə məlum zərgərlik nümunəsi hesab olunur.

VIII Henriyə aid nadir kulon xilas edildi: Britaniya Muzeyi milyonlarla vəsait topladı

Kulonun üzərində Tudor qızılgülü, Yekaterinanı simvolizə edən al-qırmızı rəng elementi, həmçinin qədim fransız dilində “əbədi” mənasını verən yazı həkk olunub.

Britaniya Muzeyinin direktoru Nikolas Kullinan bu tapıntının tarixi əhəmiyyətini vurğulayaraq bildirib:

“Bu gözəl tapıntı bizə az adamın bildiyi, lakin indi hamımızın paylaşa biləcəyi İngiltərə tarixinin bir hissəsindən bəhs edir. Onun Böyük Britaniyada nümayiş olunacağı sərgini səbirsizliklə gözləyirəm”.

VIII Henriyə aid nadir kulon xilas edildi: Britaniya Muzeyi milyonlarla vəsait topladı

Muzey artefaktı ictimai kolleksiyada saxlamaq məqsədilə 2025-ci ilin oktyabrında genişmiqyaslı kütləvi ianə kampaniyasına start verib. Kampaniyaya onminlərlə insan, o cümlədən “Wolf Hall” teleserialında VIII Henri rolunu canlandıran Demian Luis də qoşulub.

VIII Henrinin Araqonlu Yekaterina ilə evliliyi onun altı nikahı arasında ən uzunömürlüsü olub. Muzeyin məlumatına görə, kulon kralın həyat yoldaşına sədaqətinin simvolu kimi dəyərləndirilir. Onların evliliyinə dair günümüzə gəlib çatan maddi sübutlar isə olduqca azdır.

Britaniya Muzeyi hesab edir ki, kulon 1518-ci ildə keçirilmiş turnir üçün hazırlanıb. Sözügedən tədbir zamanı cütlüyün iki yaşlı qızı, şahzadə Mariyanın Fransa taxt-tacının varisi ilə nişanlanması qeyd olunub.

VIII Henriyə aid nadir kulon xilas edildi: Britaniya Muzeyi milyonlarla vəsait topladı


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv