Fransada şok istintaq: 89 azyaşlıya qarşı zorakılıqda ittiham olunan şəxs həbs edildi

Fransada şok istintaq: 89 azyaşlıya qarşı zorakılıqda ittiham olunan şəxs həbs edildi






presstv

"Presstv"az #Audi, #Fransa, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransada bir şəxs 89 yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakı hərəkətlər törətməkdə ittiham olunub. Bildirilir ki, cinayətlər 8 müxtəlif ölkədə baş verib.

presstvaz bildirir ki, bu barədə “Le Parisien” nəşri Qrenobl şəhərinin prokuroru Etyen Mantonun bəyanatına istinadən xəbər yayıb.

Prokurorun sözlərinə görə, təxminən 70 yaşlarında olan şəxsə qarşı rəsmi ittiham irəli sürülüb və o, təcavüz maddəsi üzrə həbs edilib. Məlumata əsasən, təqsirləndirilən şəxs ifadəsi zamanı öz anasını və xalasını qətlə yetirdiyini də etiraf edib.

Qeyd olunub ki, istintaq tərəfindən qeydə alınan təcavüz və cinsi zorakılıq halları təxminən 60 illik dövrü – 1965-ci ildən 2023-cü ilə qədər olan müddəti əhatə edir. Eyni zamanda, zərərçəkənlərin yekun sayının hələ də tam müəyyənləşdirilmədiyi vurğulanır.

Məqalədə bildirilir ki, Qrenobl istintaq şöbəsi tərəfindən 2024-cü ilin yanvar ayında məhkəmə prosesi başladıqdan sonra toplanan məlumatların böyük hissəsi birbaşa təqsirləndirilən şəxsin özü tərəfindən aparılmış qeydlərə əsaslanır. Bununla belə, prokurorluq nümayəndələri bioqrafiyası hələ də tam dəqiqləşdirilməyən şəxsin törətdiyi cinayətlərin tam siyahısını ehtiyatla qiymətləndirdiklərini bildiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv