Bakıdan Kiyevə dəstək: Ukrayna Fövqəladə Hallar Xidmətinə avadanlıq göndərildi

Bakıdan Kiyevə dəstək: Ukrayna Fövqəladə Hallar Xidmətinə avadanlıq göndərildi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Kiyev, #Müharibə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti (FHDX) xidmət bölmələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycandan generatorlar və digər zəruri avadanlıqlar alıb.

presstvaz xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi “Facebook” sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yardımın təhvil verilməsi mərasimi Ukrayna FHDX-nin rəhbəri Andriy Danik və Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyevin iştirakı ilə baş tutub.

Səfir Yuriy Husyev çıxışında bildirib:

“İnsanların həyatını xilas etdiyinizə görə bütün xilasedicilərə təşəkkür edirik. İsitməyə və işığın bərpasına verdiyiniz töhfəyə görə minnətdarıq. Azərbaycanlı qeyri-biganə insanlar və təşkilatlar tərəfindən göstərilən bu yardım, dərin təşəkkürümüzü bildirdiyimiz kimi, Ukraynanın xarici işlər naziri Andriy Sıbıhanın ‘Ukrayna üçün istilik” qlobal təşəbbüsü çərçivəsində cəlb olunub və bu çətin dövrdə Ukraynaya həmrəyliyin növbəti mühüm təzahürüdür”.

Öz növbəsində, FHDX-nin rəhbəri Andriy Danik genişmiqyaslı müharibənin ağır dövründə Ukraynaya göstərilən dəstəyə görə Azərbaycan xalqına və hökumətinə səmimi təşəkkürünü ifadə edib.

“Bu vaxtında və zəruri yardım üçün ürəkdən təşəkkür edirik. Təqdim olunan avadanlıq xilasedicilərimizin gündəlik fəaliyyəti üçün son dərəcə böyük əhəmiyyət daşıyır və vətəndaşların həyatının və təhlükəsizliyinin daha effektiv qorunmasına imkan yaradacaq”, – deyə Andriy Danik vurğulayıb.

Bundan əlavə, tərəflər Ukrayna ilə Azərbaycan arasında mülki müdafiə və fövqəladə hallara reaksiya sahəsində gələcək əməkdaşlığın mümkün istiqamətləri ətrafında da fikir mübadiləsi aparıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv