Çin maşını sürənlərə vacib XƏBƏRDARLIQ

Çin maşını sürənlərə vacib XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Avropa, #Avto, #avtomobillər, #Çin, #Mühərrik yağı, #Nəqliyyat, #Rusiya, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Zəmanət müddəti bitdikdən və avtomobilə çəkilən təmir xərcləri artmağa başladıqda Çin istehsalı olan nəqliyyat vasitəsinin satılması barədə düşünmək daha məqsədəuyğun sayılır.

presstvaz Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə rusiyalı avtomobil eksperti Aleksandr Kovalyov açıqlama verib. Onun sözlərinə görə, avtomobildə korroziya izlərinin yaranması, ötürmə qutusunda titrəmələrin hiss olunması, eləcə də mühərrik yağının sərfiyyatının yüksəlməsi Çin avtomobilinin satışa çıxarılması üçün əsas siqnallar hesab edilə bilər.

Mütəxəssis qeyd edib ki, bu cür əlamətlər yalnız Çin markalarına xas deyil və digər ölkə istehsalı olan avtomobillərdə də texniki “yorğunluğun” ümumi göstəriciləri kimi qiymətləndirilir.

Bununla yanaşı, Aleksandr Kovalyov müasir Çin avtomobillərinin keyfiyyət baxımından əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, avtomobildən imtina etmək üçün hamıya uyğun olan konkret və universal bir meyar mövcud deyil.

Ekspert həmçinin diqqətə çatdırıb ki, Çin istehsalı olan avtomobillər Avropa, Yaponiya və Koreya modelləri ilə müqayisədə bazarda daha az likviddir. Bunun əsas səbəbləri kimi model çeşidinin tez-tez yenilənməsi və sürücülər arasında hələ də mövcud olan stereotiplər göstərilir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv