Səbuhi Qurbanova yeni vəzifə verildi

Səbuhi Qurbanova yeni vəzifə verildi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, #Magistratura, #Nəqliyyat, #Orta məktəb, #Şəki, #Sərəncam, #Təhsil, #Vəzifə, #Yeni təyinat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Texniki Universitetinin strukturuna daxil olan Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin rəhbərliyində dəyişiklik edilib və direktor vəzifəsinə yeni təyinat olub.

presstvaz xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin imzaladığı müvafiq əmrlə sözügedən vəzifənin icrası Səbuhi Qurbanova həvalə edilib.

Xatırladaq ki, Səbuhi Qurbanov ötən ildən etibarən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərirdi.

O, ali təhsilinin bakalavr pilləsini Bakı Dövlət Universitetində riyaziyyat, magistratura dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisasları üzrə bitirib.

Pedaqoji fəaliyyətinə Şəki şəhər 11 saylı orta məktəbdə riyaziyyat müəllimi kimi başlayan S.Qurbanov daha sonra həmin təhsil ocağında direktor müavini işləyib.

O, həmçinin Şəki şəhər 20 saylı orta məktəbin direktoru və Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi vəzifələrini icra edib.

S.Qurbanov 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Səbuhi Qurbanova yeni vəzifə verildi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv