Siyarto Macarıstanın müxalifət liderini məhkəməyə verir

Siyarto Macarıstanın müxalifət liderini məhkəməyə verir






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Cənubi Koreya, #Cinayət işi, #Hakim, #Macarıstan, #Münaqişə, #Sosial şəbəkələr, #Viktor Orban, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Tisa” müxalifət partiyasının lideri, Avropa Parlamentinin deputatı Peter Madyar barəsində böhtan yaydığı ittihamı ilə məhkəmə iddiası qaldıracaq.

Bu barədə presstvaz TASS-a istinadən məlumat verir.

Məlumata görə, xarici işlər naziri bildirib ki, həmçinin onun haqqında yalan məqalə dərc edən “Telex” müxalifət internet nəşrinə qarşı da məhkəmə iddiası qaldırılacaq.

Fevralın 9-da “Madyar” sosial şəbəkələrdə belə bir iddia dərc edib ki, Göd şəhərindəki (Peşt vilayəti) Cənubi Koreyanın “Samsung” şirkətinin batareya zavodu fəaliyyəti zamanı ekoloji təhlükəsizlik qaydalarını kobud şəkildə pozur və bununla da öz əməkdaşlarını ölümcül təhlükə qarşısında qoyur. “Tisa” lideri tərəfindən paylaşılan və şərh edilən “Telex”in paylaşımında iddia edilib ki, Siyarto ona təqdim edilən məxfi hesabat sayəsində bundan xəbərdar olub, lakin vəziyyəti düzəltmək üçün tədbir görməyib.

“Bu, açıq-aşkar yalandır, heç bir əsası olmayan böhtandır. Bu, heç kimin özünə icazə verməməli olduğu bir şeydir”, – deyə nazir “YouTube” platformasında “Həqiqət saatı” verilişində çıxış edərkən bildirib.

O bəyan edib ki, ictimai böhtan üçün cinayət işinin açılmasına dair məhkəməyə ərizə təqdim edəcək.

Qeyd edək ki, Macarıstanda 12 aprelə təyin olunan və nəticələrinə əsasən ölkənin yeni hökuməti formalaşdırılacağı parlament seçkisi ərəfəsində gərgin partiyalararası münaqişə gedir. Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim “Fides-Macarıstan Vətəndaş İttifaqı” partiyası və onun kiçik tərəfdaşları – xristian demokratları “Tisa” müxalifət partiyası ilə rəqabət aparırlar. Onun lideri, Avropa Parlamentinin deputatı Madyar Avropa İttifaqı (Aİ) rəhbərliyinin və Avropa Parlamentindəki ən böyük fraksiya olan Avropa Xalq Partiyasının dəstəyindən istifadə edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv