Yaponiyanın ən yaşlı kişisi vəfat etdi

Yaponiyanın ən yaşlı kişisi vəfat etdi






presstv

"Presstv"az #Audi, #Bələdiyyə, #Hakim, #Vəfat edib, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyanın ən yaşlı kişisi Mizuno Kiyotaka 111 yaşında vəfat edib.

presstvaz bildirir ki, bu barədə ölkənin NHK dövlət televiziya kanalı məlumat verib.

Məlumata görə, 14 mart 1914-cü ildə anadan olan Mizuno, paytaxt Tokio yaxınlığındakı Şizuoka əyalətinin İvata şəhərində yaşla əlaqəli səbəblərdən dünyasını dəyişib.

“Mizunonun ölümündən dərin kədər duyuruq. O, uzun zamandır həyatda olmağın və sağlamlığın simvolu kimi qəbul edilirdi”, – deyə İvata bələdiyyə sədri Kusaçi Hiroaki bildirib.

Müasir Yaponiya tarixində Taişo, Şova, Heysey və Reyva olmaqla, dörd imperator hakimiyyəti dövründə yaşayan Mizuno ömrünün son illərində oğlu ilə birlikdə Kakeşita bölgəsindəki evində yaşayıb.

Bələdiyyənin məsələ ilə bağlı açıqlamasına görə, təxminən 50 ildir kənd təsərrüfatı ilə məşğul olan Mizuno gəzməkdən başqa çox az köməyə ehtiyac duyurdu və gündə üç dəfə yemək yeyirdi. 2024-cü ilin avqust ayında Yaponiyanın “Ən yaşlı kişisi” adını alan Mizuno Kiyotaka uzunömürlülüyünün sirri ilə bağlı suallara maraqlı cavab vermişdi.

“Bilmirəm. Bu qədər uzun yaşayacağımı heç düşünməmişdim”, – deyə o bildirmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv