Rəsmi Tehran etirazlardan sonra müxalifəti hədəfə aldı: “Gizli çevriliş” iddiası

Rəsmi Tehran etirazlardan sonra müxalifəti hədəfə aldı: “Gizli çevriliş” iddiası






presstv

"Presstv"az #ABŞ, #Audi, #Hadisə, #Hakim, #İran, #İsrail, #Müharibə, #Sosial şəbəkələr, #Tehran, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran hakimiyyəti xalq etirazlarını zorakılıqla yatırdıqdan və minlərlə vətəndaşın ölümü ilə nəticələnən hadisələrdən sonra ölkədə repressiyaların ikinci dalğasına start verib. Bu dəfə hədəfdə hakimiyyətin siyasəti ilə razılaşmayan, o cümlədən etirazçılara qarşı sərgilənən davranışı kəskin tənqid edən islahatçı siyasi qüvvələr və ictimai fəallar dayanırlar.

presstvaz bildirir ki, bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs edilir.

Bildirilir ki, Omanda ABŞ nümayəndələri ilə aparılan danışıqlardan sonra müharibə ehtimalının nisbətən azalmasını fürsət bilən rejim rəhbərliyi daxildə etirazçı kəsimi susdurmaq üçün hərəkətə keçib. Belə ki, fevralın 8-də axşam saatlarında islahatçı cərəyana mənsub bir neçə tanınmış siyasətçinin saxlanılması barədə məlumat yayılıb.

Məlumata əsasən, bir çox siyasi partiyanı öz ətrafında birləşdirən “İslahat Cəbhəsi”nin sədri Azər Mənsuri, həmin qurumun idarə heyətinin üzvü, keçmiş deputat İbrahim Əsğərzadə və sabiq diplomat Möhsün Əminzadə SEPAH-ın Kəşfiyyat Təşkilatı tərəfindən həbs ediliblər. İbrahim Əsğərzadənin saxlanılması isə onlayn konfrans zamanı, canlı efirdə həyata keçirilib.

Az sonra Tehran prokurorluğu saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamları mediaya açıqlayıb. Bildirilib ki, bu şəxslərin mənsub olduğu siyasi cərəyan yanvar ayında baş vermiş etirazlar zamanı törədilmiş “terrorçu hərəkətləri” bəraətləndirmək, ölkənin daxili təhlükəsizliyinə xələl gətirmək məqsədilə mediada, sosial şəbəkələrdə və “səhnə arxasında” geniş fəaliyyət göstərib. Həmçinin ABŞ və İsrailin təhdidləri fonunda ictimai-siyasi mühiti gərginləşdirmək, reallığa zidd məlumatlar yaymaqla milli birliyə zərər vurmaq və bununla da İsrail və ABŞ-nin maraqlarına xidmət etməkdə ittiham olunublar.

İran Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ejei də həmin gün etdiyi çıxışda bu məqama toxunaraq bildirib:

“Daxildə İslam Respublikası əleyhinə bəyanatlar verən şəxslər İsrail və ABŞ ilə eyni mövqedən çıxış edirlər”.

Bununla yanaşı, SEPAH-a bağlı Fars informasiya agentliyi saxlanılan siyasətçilərə qarşı irəli sürülən ittihamlar arasında “Konstitusiyaya qarşı çıxmaq və gizli çevriliş mexanizmləri yaratmaq” maddəsinin də yer aldığını bildirib. Bu isə sözügedən şəxslərin çevriliş cəhdində ittiham olunduğunu göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv