Tikinti materialı üçün xammallardan birinin istifadəsi qadağan olunur

Tikinti materialı üçün xammallardan birinin istifadəsi qadağan olunur






presstv

"Presstv"az #Audi, #Avropa, #Dövlət Statistika Komitəsi, #elmi tədqiqat, #Sağlamlıq, #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkəmizdə mülki dövriyyədə istifadəsi qadağan olunan əşyaların reyestri genişləndirilir.

presstvaz-ın məlumatına görə, bu dəyişiklik parlamentin 26 dekabr tarixli plenar iclasının gündəliyinə daxil edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanun layihəsində nəzərdə tutulub.

Təklif olunan layihəyə görə, Mülki Məcəllənin tələblərinə uyğun olaraq, asbest və onun tərkib hissəsi olduğu materiallar mülki dövriyyədən çıxarılan əşyalar kateqoriyasına daxil ediləcək.

Qeyd edilib ki, sözügedən mineral tərkibli maddə uzun müddət sənayenin müxtəlif istiqamətlərində (o cümlədən sement, kimya, izolyasiya, kağız istehsalı və s.) və tikinti sektorunda geniş tətbiq olunub.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinadən, 2023-cü il ərzində ölkəyə 591 ton asbest və 30 238 ton asbestli plitələr, 2024-cü ildə isə müvafiq olaraq 1 045 ton asbest və 27 634 ton həmin tərkibli materiallar gətirilib. Asbest tərkibli şiferlər respublikadakı ümumi dam örtüklərinin 29 faizini, yəni təqribən 190 milyon m² sahəni təşkil edir. Ölkə üzrə bu materialın illik istehlakı 2.6 milyon m² (1.5 milyon vərəq) həcmindədir və hazırkı bazarın 15-20 faizi məhz şiferin payına düşür.

Vurğulanıb ki, elmi tədqiqatlar nəticəsində insan səhhətinə ciddi zərər vurduğu təsdiqləndiyi üçün bir sıra dövlətlərdə asbest və ondan hazırlanan məhsulların tətbiqi yasaqlanıb. Bu maddənin liflərinin havaya yayılaraq tənəffüs orqanlarına keçməsi ağciyər xəstəlikləri başda olmaqla, müxtəlif patologiyaların riskini yüksəldir. Buna görə də asbestin istifadəsinin məhdudlaşdırılması və tam qadağası əhalinin sağlamlığının qorunması üçün vacib tədbir sayılır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) asbesti və onun tərkibində olduğu məmulatları xərçəng yaradan (kanserogen) maddələr siyahısına aid edib. ÜST-nin tövsiyəsinə əsasən, asbest mənşəli xəstəliklərin profilaktikası üçün milli səviyyədə lazımi addımların atılması üzv dövlətlər üçün öhdəlik kimi müəyyənləşdirilib.

Avropa İttifaqının (Aİ) standartlarında da bu tip tikinti materiallarının istifadəsinə icazə verilmir. Belə ki, sağlamlıq risklərini aradan qaldırmaq məqsədilə Aİ tərəfindən 1999 və 2009-cu illərdə asbestin və ondan hazırlanan məhsulların qadağan olunmasına dair direktivlər qəbul olunub. Xüsusilə, 1999/77/EC saylı Direktivlə 2005-ci il yanvarın 1-dən etibarən Aİ məkanında asbest liflərinin işlədilməsi və xrizotil asbestin yeni sahələrdə tətbiqi qadağan edilib.

BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası çərçivəsində də asbest təhlükəli maddələr kateqoriyasına aid edilib.

“Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üçün əvvəlcədən məlumatlandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”nda (ölkəmiz bu sənədə 30 sentyabr 2025-ci il tarixli qanunla qoşulub) asbest məhsulu təhlükəli kimyəvi birləşmə kimi təsnif olunub və onun beynəlxalq ticarətinə xüsusi məhdudiyyətlər tətbiq edilir. Sənədə görə, insan sağlamlığına ciddi təhlükə yaradan bu məhsulun ticarəti xüsusi prosedurlarla tənzimlənməlidir.

Nəticə etibarilə, beynəlxalq təcrübəni əsas götürərək hazırlanan qanun layihəsində asbest və tərkibində asbest olan materialların mülki dövriyyədən çıxarılmış əşyalar siyahısına daxil edilməsi təklif olunur.

Qanunun tətbiqinə 2027-ci il iyulun 1-dən başlanılması nəzərdə tutulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv