Əlverişsiz hava şəraiti yol hərəkəti iştirakçıları üçün risk yaradır

Əlverişsiz hava şəraiti yol hərəkəti iştirakçıları üçün risk yaradır






presstv

"Presstv"az #Azərbaycan, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sürücülərə diqqətli və ehtiyatlı olma çağırışı edilib

         Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən presstvaz-a verilən məlumata görə, əvvəlcədən xəbərdarlıq edildiyi kimi, hazırda ölkə ərazisində yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava şəraiti müşahidə olunur.

Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənliyin daha da gücləndiyi, bunun isə nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirdiyi bildirilir.

         Bu səbəbdən sürücülərdən hərəkət zamanı son dərəcə diqqətli və ehtiyatlı olmaları, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlamaları, müəyyən olunmuş sürət həddinə ciddi riayət etmələri, qəfil manevrlərdən çəkinmələri xahiş olunur.

Bir daha bütün yol hərəkəti iştirakçıları məsuliyyətli davranmağa, diqqətli olmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırılır. Qeyd olunur ki, yol hərəkəti qaydalarına əməl etmək və ayıq-sayıq olmaq mümkün təhlükələrin qarşısını almağın əsas şərtidir.

  presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv