“Alman Dəmir Yolları” şirkəti regional qatarlarda təhlükəsizlik tədbirlərini gücləndirmək istəyir

“Alman Dəmir Yolları” şirkəti regional qatarlarda təhlükəsizlik tədbirlərini gücləndirmək istəyir






presstv

"Presstv"az #Berlində, #Hadisə, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Alman Dəmir Yolları” şirkəti ölkənin Rayndland-Pfalts əyalətində bilet yoxlayan əməkdaşın ölümünə səbəb olan hücumdan sonra qatarlarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün Berlində xüsusi iclas təşkil edəcək.

presstvaz “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, tədbirdə regional sürət qatarlarında və digər qatarlarda təhlükəsizliyin gücləndirilməsi üçün təxirəsalınmaz tədbirlərin müəyyənləşdirilməsi məsələsi müzakirə olunacaq. İclasda hökumətin, federal polisin nümayəndələri, regional nəqliyyat şirkəti və qurumlarının təmsilçiləri iştirak edəcəklər.

Qeyd edək ki, son vaxtlar ictimai nəqliyyatda, xüsusən dəmir yolu vağzallarında və qatarlarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı müzakirələrə tez-tez rast gəlinir. Dəmir yolu işçisinin ölümü ilə nəticələnən sonuncu hadisə Kayzerslautern şəhəri yaxınlığında baş verib. Türk əsilli 36 yaşlı konduktor sərnişinlərin biletlərini yoxlayarkən biletini göstərmək istəməyən şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan həmin şəxs xəstəxanada ölüb. Hücumu törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub. Bu hadisədən sonra siyasətçilər, polis təşkilatları və həmkarlar ittifaqları regional qatarlarda təhlükəsizlik əməkdaşlarının sayının artırılması tələbini yenidən gündəmə gətiriblər.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv