Mbappe Ronaldu və Messiyə ÇATDI

Mbappe Ronaldu və Messiyə ÇATDI






presstv

"Presstv"az #"Real Madrid", #Fransa, #Futbol, #İspaniya, #İspaniyanın, #Kilian Mbappe, #Kriştianu Ronaldu, #Lionel Messi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe La Liqada əlamətdar göstəriciyə imza atıb.

presstvaz xarici mətbuata istinadən xəbər verir ki, fransalı futbolçu çempionat tarixində yalnız Kriştianu Ronaldu, Lionel Messi və Luis Suaresin bacardığı uğuru təkrarlayıb.

27 yaşlı forvard XXIII turun “Valensiya”ya qarşı səfər oyununda fərqlənməklə bu nəticəyə nail olub. Həmin görüşdə “kral klubu” rəqibini məğlub edib.

Mbappe cari mövsümdə La Liqada keçirdiyi 22 oyunda 23 qol vuraraq yüksək məhsuldarlıq nümayiş etdirib.

Qeyd edək ki, bu göstəricini daha əvvəl “Barselona”nın sabiq hücumçuları Luis Suares (2015/2016), Lionel Messi (2012/2013) və “Real Madrid”in keçmiş ulduzu Kriştianu Ronaldu (2014/2015) reallaşdırıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv