Qazaxıstanda ana iki uşağını beşinci mərtəbədən atdı

Qazaxıstanda ana iki uşağını beşinci mərtəbədən atdı






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Hadisə, #Həkim, #Kiyev, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstanda ana öz uşaqlarını beşinci mərtəbənin pəncərəsindən atıb.

presstvaz-ın xəbərinə görə, bu barədə Nur.kz saytı Jambıl vilayətinin polis departamentinə istinadən məlumat verib.

Bildirilir ki, hadisə Taraz şəhərində baş verib. 2021 və 2023-cü il təvəllüdlü uşaqlar möcüzəvi şəkildə sağ qalsalar da, qapalı kəllə-beyin travması və beyində şişkinlik kimi xəsarətlər alıblar. Böyük uşaqda, həmçinin bud sümüyünün yerdəyişməsi və sınığı aşkarlanıb.

Həkimlər hazırda zərərçəkənlərin həyatı uğrunda mübarizə aparırlar. Uşaqlar artıq baş, sinə və çanaq nahiyələrinin kompüter tomoqrafiyasından (KT) keçiblər, eləcə də onlara laparosentez (minimal invaziv cərrahi prosedur – red.) olunub və şiş əleyhinə terapiyaya başlanılıb. Böyük uşaq, eyni zamanda, ayağından da əməliyyat olunmalıdır.

Hadisə ilə bağlı məhkəməyəqədər araşdırma başlayıb və uşaqların anası saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Qadının bu hərəkətinin səbəbləri açıqlanmır.

Uşaq ombudsmanı Dinara Zəkiyeva, öz növbəsində, bildirib ki, anada daha əvvəl ağır depressiv vəziyyət aşkarlanıb və müalicə axıradək başa çatdırılmayıb.

“Regional səlahiyyətli xəstəxanada uşaqları ziyarət edib. Oğlanın vəziyyəti qənaətbəxşdir, qızın vəziyyəti isə daha ağırdır”, – deyə uşaq ombudsmanı bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv