Naxçıvanın yeni baş naziri kollektivə təqdim edildi

Naxçıvanın yeni baş naziri kollektivə təqdim edildi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İlham Əliyev, #Naxçıvan Muxtar Respublikası, #Nazirlər Kabineti, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 9-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinin qərarı ilə Cabbar Musayev MR-in baş naziri təyin olunub.

presstvaz “Nuhçıxan”a istinadən xəbər verir ki, Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Cabbar Musayevi Nazirlər Kabinetinin kollektivinə təqdim edib.

Baş nazir Cabbar Musayev çıxışında göstərilən yüksək etimada görə Prezident cənab İlham Əliyevə minnətdarlığını ifadə edib. Baş nazir ölkə başçısının müəyyən etdiyi strateji xəttə uyğun verilmiş tapşırıq və göstərişlərin vaxtında icrasını, müəyyən edilmiş məsuliyyəti, dürüstlük, şəffaflıq və peşəkarlıqla yerinə yetirəcəyini bildirib.

Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov çıxış edərək Prezident cənab İlham Əliyevin tapşırıqlarını diqqətə çatdırıb. O bildirib ki, Nazirlər Kabinetinin əsas vəzifəsi sosial-iqtisadi proqramların vaxtında və keyfiyyətlə icra edilməsidir. Atılan bütün addımların mərkəzində vətəndaş məmnunluğu və sosial ədalət prinsipləri dayanmalıdır. Məşğulluğun artırılması, sahibkarlığın inkişafı, aqrar sahənin gücləndirilməsi, turizm potensialının genişləndirilməsi, ekoloji tarazlığın qorunması və yol infrastrukturunun möhkəmləndirilməsi və s. sahələrin yüksəlişi davam etdirilməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv