Hansı dərmanları soyuducuda saxlamaq olmaz? – Mütəxəssis rəyi

Hansı dərmanları soyuducuda saxlamaq olmaz? – Mütəxəssis rəyi






presstv

"Presstv"az #Audi, #Dondurma, #Rusiya, #Soyuducu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Soyuducunun dərmanları saxlamaq üçün universal və təhlükəsiz yer olması ilə bağlı geniş yayılmış fikir yanlış təsəvvürdür”.

presstvaz xəbər verir ki, bu barədə Rusiya Texniki Universitetinin Biotexnologiya və sənaye əczaçılığı kafedrasının dosenti, kimya elmləri namizədi Aleksey Panov Gazeta.ru saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, bir sıra dərmanların soyuducuda saxlanması, xüsusilə də dondurulması, onların saxlanma müddətini qorumaq əvəzinə terapevtik xüsusiyyətlərini itirməsinə, hətta təhlükəli parçalanma məhsullarının yaranmasına səbəb ola bilər. Ekspert vurğulayıb ki, hər bir konkret dərman üçün saxlanma şərtləri istehsalçı tərəfindən müəyyən edilir və bu məlumatlar istifadə təlimatında göstərilir.

Panov qeyd edib ki, soyuducuda saxlanmanın əsas təhlükələrindən biri donma ilə yanaşı, aşağı temperatur və yüksək rütubətin birgə təsiridir. Tabletlər, tozlar, kapsullar və bəzi məlhəmlər nəmə qarşı xüsusilə həssasdır. Belə preparatlar hava keçirməyən qab olmadan soyuducunun ümumi bölməsində saxlanıldıqda islana bilər. Bu isə onların fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişməsinə, aktiv maddələrin vaxtından əvvəl parçalanması və mikroorqanizmlərin çoxalması riski ilə nəticələnir. Bu, xüsusilə bitki mənşəli və təbii maddələrə əsaslanan preparatlar üçün xarakterikdir.

Ekspert bildirib ki, bəzi dərmanlar heç bir halda dondurulmamalıdır. Bu siyahıya peyvəndlər, insulinlər, bəzi interferon növləri və digər zülal əsaslı preparatlar da daxildir.

Onun sözlərinə görə, mənfi temperaturda zülal və lipid tərkibli aktiv maddələr denaturasiyaya uğrayır. Bu cür dönməz molekulyar dəyişikliklər dərmanı tam yararsız hala gətirir, peyvəndlər isə immunogen xüsusiyyətlərini itirir. Bundan əlavə, dondurma emulsiyaların ayrılmasına və ampulanın zədələnməsinə səbəb olur. Dərman donu açıldıqdan sonra normal görünsə belə, onun terapevtik aktivliyi itə və istifadəsi təhlükə yarada bilər.

Panov həmçinin qeyd edib ki, istifadə təlimatında xüsusi göstəriş olmadıqda, şərbət və su əsaslı suspenziya formasında olan dərmanlar da soyuducuda saxlanılmamalıdır. Aşağı temperatur şəkərlərin və digər komponentlərin kristallaşmasına və çökməsinə səbəb olur ki, bu da dəqiq dozalanmanı mümkünsüz edir. Maye ekstraktlar və tinkturalar bulanıqlaşa, onların xüsusiyyətləri dəyişə bilər. Bundan başqa, dərmanlar su və ya kəskin qoxu yayan qidaların tərəvəz, meyvə və balığın yaxınlığında saxlanılmamalıdır, çünki bu, onların keyfiyyətinə mənfi təsir göstərir.

Ekspert yekun olaraq bildirib ki, əgər dərmanın təlimatında soyuducuda saxlanması tələb olunursa, belə preparatlar mütləq hava keçirməyən ayrıca qabda, soyuducunun orta rəfində, dondurucudan və qapı hissəsindən uzaqda yerləşdirilməlidir. Çünki ən ciddi temperatur dalğalanmaları məhz bu hissələrdə müşahidə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv