Venesiyada daşqın təhlükəsi: Doqquz gün ərzində rekord sayda qabarma qeydə alındı

Venesiyada daşqın təhlükəsi: Doqquz gün ərzində rekord sayda qabarma qeydə alındı






presstv

"Presstv"az #Audi, #Güclü külək, #İtaliya, #Qlobal istiləşmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliyanın Venesiya şəhərində doqquz gün ərzində 15 yüksək qabarma qeydə alınıb.

presstvaz xəbər verir ki, bu barədə ANSA xəbər agentliyi məlumat verib.

Qabarmaların Monitorinqi Mərkəzinin direktoru Alvize Papa bu rekordu qlobal istiləşmə səbəbindən artan təhlükə hesab edir.

Qeyd olunub ki, 15 qabarmadan 10-u 110 santimetr həddini keçib və bu da hökumət orqanlarını qoruyucu bənd sistemini on dəfə işə salmağa məcbur edib.

“Əvvəllər suyun səviyyəsini 80 santimetr qaldırmaq üçün çox güclü külək tələb olunurdu. İndi isə zəif küləklər də dəniz səviyyəsinin bir metrə çatması üçün kifayətdir”, – deyə mərkəzin direktoru izah edib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər orta dəniz səviyyəsi qalxmağa davam edərsə, hətta kiçik atmosfer dalğalanmaları belə daşqınlara səbəb olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv