Zelenski ABŞ-nin Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün təklif etdiyi vaxtı açıqladı

Zelenski ABŞ-nin Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün təklif etdiyi vaxtı açıqladı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Kiyev, #Münaqişə, #Rusiya, #Ukrayna, #Vaşinqton, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ Kiyevə bu ilin yayınadək Rusiya ilə münaqişəni bitirməyi təklif edib”.

presstvaz-ın TSN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

V.Zelenski ABŞ-nin münaqişə tərəflərinə məsələni həmin müddətə qədər həll etmək üçün təzyiq göstərəcəyini istisna etməyib. Ukrayna prezidenti bunu Vaşinqtonun başqa prioritetlərinin olması ilə izah edib.

Ukrayna prezidentinin sözlərinə görə, Əbu-Dabidəki danışıqlarda ABŞ nümayəndələri “enerji atəşkəsi” təklif ediblər və Kiyev bununla razılaşıb.

Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların nəticələrini şərh edən V.Zelenski bildirib ki, tərəflər arasında əsir mübadiləsi davam etməlidir.

O, həmçinin ABŞ-nin Rusiya və Ukrayna nümayəndələrinin gələn həftə Mayamidə görüşməsini təklif etdiyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna tərəfi iştirakını təsdiqləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv