Bakıda sayğac fırıldağı: Pulları götürüb aradan çıxdı

Bakıda sayğac fırıldağı: Pulları götürüb aradan çıxdı






presstv

"Presstv"az #"Azəriqaz", #Abşeron rayonu, #Audi, #Bakı, #Cinayət işi, #Sabirabad, #Sabirabad rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhərində vətəndaşlara özünü “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı olaraq tanıdan və dələduzluq yolu ilə onların etibarından sui-istifadə edən şəxs barəsində cinayət işi başlanıb.

presstvaz-ın Lent.az-a istinadla verdiyi məlumata görə, Sabirabad rayonundan olan 49 yaşlı Rüstəm Nəzərov qeyd olunan qurumda çalışdığını bildirərək, Abşeron rayonunun Məmmədli kəndində yeni inşa edilən mənzillərə qaz sayğaclarının quraşdırılmasını vəd edib.

* Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc gəldi

Onun yalanlarına inanan zərərçəkmiş şəxslər Rüstəmə ümumi məbləği 6 400 manat təşkil edən vəsait ödəyiblər. Lakin R.Nəzərov sözügedən evlərə sayğac quraşdırılması üçün lazımi işləri görməyib və əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına sərf edib.

Aldadılmış vətəndaşların şikayətləri nəticəsində R.Nəzərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılan qərara əsasən, təqsirləndirilən şəxsə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv