Lamiyə Vəliyevanın əcnəbi həyat yoldaşı Azərbaycan millisinə cəlb olunur

Lamiyə Vəliyevanın əcnəbi həyat yoldaşı Azərbaycan millisinə cəlb olunur






presstv

"Presstv"az #Atletika, #Audi, #Azərbaycan, #Azərbaycan Atletika Federasiyası, #Bakı, #İdman, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paralimpiya çempionumuz Lamiyə Vəliyevanın həyat yoldaşı Tembo Conun Azərbaycan milli komandasına dəvət edilmə ehtimalı var.

presstvaz “Report”a istinadla xəbər verir ki, bu xüsusda Azərbaycan Atletika Federasiyası (AAF) açıqlama yayıb.

Federasiyadan qeyd olunub ki, əslən Cənubi Afrika Respublikasından olan atlet AAF tərəfindən təşkil edilən müxtəlif turnirlərdə klub təmsilçisi qismində yarışır və hal-hazırda yığma komandanın üzvü sayılmır:

“İdmançı tərəfindən Azərbaycanı təmsil etmək istəyi ilə bağlı müraciət daxil olub. Məsələ milli komandanın məşqçiləri tərəfindən müzakirə edilib və bunun əsasında müəyyən normativlər müəyyənləşdirilib. Tembo Con həmin normativləri yerinə yetirərsə, onun ölkəmizi təmsil etmək istəyinə müsbət cavab verilməsi mümkündür”.

Xatırladaq ki, Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə qaçışda, Paris-2024 Paralimpiadasında isə 100 metr məsafədə qızıl medallara sahib çıxıb.

Qeyd edək ki, Tembo Con yanvarın 30-da Bakıda təşkil olunmuş Beynəlxalq qış turnirində 60 metr məsafəyə qaçış üzrə çempion adını qazanıb.

Lamiyə Vəliyevanın əcnəbi həyat yoldaşı Azərbaycan millisinə cəlb olunur


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv