“University Demo Day” – Tələbələrin ideyaları diqqət mərkəzində

“University Demo Day” – Tələbələrin ideyaları diqqət mərkəzində






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), #Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, #Azərbaycan Texniki Universiteti (AzTU), #Bakı, #Bakı Ali Neft Məktəbi (BANM), #Bakı Dövlət Universiteti (BDU), #Kuba, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

5 fevral 2026-cı il tarixində ADA Universitetində “University Demo Day” tədbiri keçirilib. Tədbir “SABAH.academy” və “Baku ID” tədbirlər silsiləsinə aid olaraq beşinci dəfə baş tutub.

Tədbirin əsas məqsədi universitet tələbələrinə öz ideyalarını geniş auditoriyaya təqdim etmək imkanı yaratmaq, eyni zamanda onların təşkilati, liderlik və təqdimat bacarıqlarının inkişafına töhfə verməkdir.

Cari ildə tədbirdə altı universitetdən olan 12 fərqli komanda iştirak edib. İştirakçı universitetlər arasında ADA Universiteti, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) – SABAH qrupları daxil olmaqla, və Bakı Ali Neft Məktəbi (BANM) təmsil olunublar.

“University Demo Day” tədbiri zamanı tələbələr komandalar şəklində səhnəyə çıxaraq startap ideyalarını təqdim ediblər. Tədbir zamanı iştirakçılara ideyalarını təqdim etmək, münsiflərdən rəy almaq və investisiya əldə etmək imkanı yaradılıb.

Təqdimatlardan sonra tədbir iştirakçıları xüsusi ayrılmış zonada təşkil olunmuş “Startup Fair” çərçivəsində maraq göstərdikləri startaplarla daha yaxından tanış olmaq imkanı əldə ediblər. Daha sonra qaliblərin elan edilməsi və mükafatlandırma mərasimi keçirilib.

Birinci yer ADA Universitetini təmsil edən “ResearchEx” komandası tərəfindən tutulub. Komandanın üzvləri mükafat olaraq “ABB Tech Academy”nin dəstəyi ilə istədikləri kurslar üzrə 100% təqaüd əldə ediblər.

İkinci yer Bakı Ali Neft Məktəbini təmsil edən “MagentAI” komandası tərəfindən tutulub. Komandanın üzvləri mükafat olaraq “ABB Tech Academy”nin dəstəyi ilə istədikləri kurslar üzrə 60% təqaüd əldə ediblər.

Üçüncü yer Azərbaycan Texniki Universitetini təmsil edən “FocsMode” komandası tərəfindən tutulub. Komandanın üzvləri mükafat olaraq “ABB Tech Academy”nin dəstəyi ilə istədikləri kurslar üzrə 40% təqaüd əldə ediblər.

Qaliblər münsiflər tərəfindən ideyanın innovativliyi, mövcud bazar tələblərinə uyğunluğu və təqdimatın keyfiyyəti kimi meyarlar əsasında müəyyən edilib.

Əlavə olaraq tədbir zamanı “SABAH.lab” inkubasiya proqramına Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edən “Evalu,” Bakı Ali Neft Məktəbini təmsil edən “Climasel” və ADA Universitetini təmsil edən “PayZone” komandaları seçilib.

Son dörd il ərzində “University Demo Day” biznes və sahibkarlıq sahəsində inkişaf etmək istəyən tələbələr üçün mühüm görüş platformasına çevrilib. Tədbir iştirakçılara potensial investorlarla əlaqə qurmaq və startap ekosisteminə inteqrasiya istiqamətində ilk addımlarını atmaq imkanı yaradır.

“SABAH.academy” – təhsil platformasının inkişafına və Azərbaycanın qlobal bazarda dayanıqlılığının gücləndirilməsinə yönəlmiş proqramdır. Proqram Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “SABAH.HUB” çətiri altında yaradılmış və beynəlxalq biznes məktəbi olan “IE Business School” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

“Baku ID” – “SABAH.HUB” İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan, startaplar və investisiyalara həsr edilmiş Azərbaycanın əsas innovasiya tədbirlərindən biridir.

Platformanın fəaliyyəti və yeniliklər barədə daha ətraflı məlumatı “SABAH.HUB” saytından əldə etmək mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv