Fevralın 5-də itkin düşmüş 15 nəfər tapılıb

Fevralın 5-də itkin düşmüş 15 nəfər tapılıb






presstv

"Presstv"az #Ailə, #Avto, #Azərbaycan, #Odlu silah

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

14 nəfər dələduzluq üzrə saxlanılıb, 21 kq narkotik götürülüb

           Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən presstvaz-a verilən məlumata görə, fevralın 5-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

          Həmin gün polis əməkdaşları tərəfindən ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunması üzrə əməliyyat və profilaktik tədbirləri də davam etdiriblər. Fevralın 5-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silah, 1 tapança, 2 qumbara, 21 tüfəng, 5 patron darağı, 1168 ədəd müxtəlif çaplı patron və 10 mərmi aşkar edilərək götürülüb.

presstvaz    – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv