Marko Rubio ABŞ administrasiyasındakı vəzifəsindən getdi

Marko Rubio ABŞ administrasiyasındakı vəzifəsindən getdi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin dövlət katibi Marko Rubio ölkənin arxiv müdirinin səlahiyyətlərinin icraçısı vəzifəsini tərk edib. O, bu vəzifəni təxminən bir il idi icra edirdi.

presstvaz xəbər verir ki, bu barədə CNN ABŞ Milli Arxivlər və Sənədlər İdarəsinə (NARA) istinadən məlumat yayıb.

Milli Arxiv ABŞ hökumətinin sənədlərini – kağızları, fotoşəkilləri, xəritələri, filmləri və elektron qeydləri saxlayır. Arxiv müdiri, həmçinin federal qurumların sənədləşmə qaydalarına əməl etməsinə və informasiya azadlığı haqqında qanunun icrasına nəzarət edir.

NARA-nın baş hüquq müşaviri Mett Dammermutun sözlərinə görə, Rubio öz səlahiyyətlərini müavini Ceyms Bayrona həvalə edib.

Rubionun bu vəzifədə qalma müddəti federal vakant vəzifələrin islahatı haqqında qanuna uyğun olaraq başa çatıb. Həmin qanuna görə, bu postda qalma müddəti 210 gün (təxminən yeddi ay) ilə məhdudlaşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv