İspanaq yeyərkən iki dəfə düşünün: Fayda əvəzinə zəhər saça bilər

İspanaq yeyərkən iki dəfə düşünün: Fayda əvəzinə zəhər saça bilər






presstv

"Presstv"az #Bakteriya, #Sağlamlıq, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspanağın tərkibindəki bəzi maddələr yanlış bişirmə və saxlama şəraiti ilə birləşdikdə ciddi sağlamlıq problemlərinə, hətta zəhərlənmələrə yol açır.

presstvaz xəbər verir ki, ispanaq təbii olaraq yüksək miqdarda nitrat ehtiva edir. Bu tərəvəz bişirildikdən sonra otaq temperaturunda uzun müddət qaldıqda və ya dəfələrlə yenidən qızdırıldıqda, tərkibindəki nitratlar nitritə çevrilir. Nitrit isə qanda oksigen daşınmasına mane ola bilən və xüsusilə uşaqlar üçün təhlükəli olan toksik bir maddədir.

Son illərdə ispanaq zəhərlənmələrinin çoxu ispanağın özündən deyil, onun arasına qarışan itüzümü (atropa belladonna) kimi zəhərli otlardan qaynaqlanır. Bu otlar ispanaq yarpaqlarına çox bənzədiyi üçün təmizlənmədikdə mərkəzi sinir sisteminə təsir edərək ağır zəhərlənmələrə səbəb olur.

İspanaq oksalat turşusu ilə zəngindir. Həddindən artıq ispanaq istehlakı kalsiumun bədəndə sorulmasını çətinləşdirir və böyrəklərdə kalsium-oksalat daşlarının yaranma riskini artırır. Böyrək problemi olan şəxslərə ispanağı çox ehtiyatla yemək tövsiyə olunur.

Sağlam ispanaq istehlakı üçün 4 qızıl qayda:
İspanaq yeməyini bişirdiyiniz gün istehlak etməyə çalışın. Əgər qalıbsa, onu yalnız bir dəfə və çox yüksək temperaturda olmayan şəkildə qızdırın.

İspanağı yumazdan əvvəl hər yarpağı tək-tək yoxlayın, arasına qarışan fərqli formalı və rəngli otları mütləq atın.

orpaq və bakteriyalardan təmizlənməsi üçün sirkəli suda ən azı 15-20 dəqiqə saxlayın.

İspanağı qatıq və ya yoqurtla yemək tərkibindəki oksalatın mənfi təsirini qismən azaldır və kalsium balansını qoruyur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv