Prokurorluq süni intellekt texnologiyalarından istifadə etməyə başlayıb

Prokurorluq süni intellekt texnologiyalarından istifadə etməyə başlayıb






presstv

"Presstv"az #Kamran Əliyev, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prokurorluq orqanlarında süni intellekt texnologiyalarından da istifadə edilməyə başlanıb. 

presstvaz xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Legis" Hüquq Forumunda çıxışı zamanı deyib.

K.Əliyev bildirib ki, artıq ötən ilin sonlarından etibarən süni intellekt vasitəsilə daxil olan müraciətlərin aidiyyəti müəyyən edilir və sənədin baxılması üçün hansı şəxsə göndərilməsi ilə bağlı süni intellekt tərəfindən təklif verilir. 

"Bununla yanaşı cinayət işlərinin istintaqı zamanı köməkçi rolunu oynaya biləcək modelin tətbiqi, habelə prokurorluq orqanlarına daxil olan vətəndaş zənglərinin əməkdaşların nəzarəti ilə cavablandırılması kimi süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı işlər görülməkdədir. 

Eyni zamanda açıq şəkildə vurğulamaq lazımdır ki, süni intellekt insanı əvəz etmir və əvəz edə bilməz, əksinə hüquqşünasın qərarvermə prosesini dəstəkləyən, onu daha obyektiv və səmərəli edən bir vasitədir. 
Süni intellekt tətbiqinin müsbət nəticələri yanaşı, bu sahədəki müəyyən riskləri də nəzərə almaq lazımdır. 

Əsas məsələ bu sahədə, yəni süni intellekt texnologiyalarının tətbiqi ilə əlaqədar hüquqi tənzimləmənin olmamasıdır. Xüsusən də məsuliyyət məsələləri ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Hər hansı səhv qərara, məsləhətə və ya hərəkətə görə süni intellektin istehsalçısı  yoxsa istifadəçi məsuliyyət daşıyır".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv