Bakı avtomobil bazarında durğunluq: Alıcılar nəyə görə azalıb?

Bakı avtomobil bazarında durğunluq: Alıcılar nəyə görə azalıb?






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Bakı, #Çin, #Qiymət artımı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son aylar Bakının avtomobil bazarlarında əvvəlki canlanma hiss olunmur.

presstvaz xəbər verir ki, bu barədə Day.Az-ın əməkdaşına Bakıda yerləşən maşın bazarında alış-verişlə məşğul olan şəxslər deyib.

Onların sözlərinə görə, qiymətlərin artması alıcı sayına birbaşa təsir edib.

Bir vaxtlar həftəsonları izdihamın yaşandığı maşın bazarlarında indi daha çox satıcılar gözləyir, müştərilər isə barmaqla sayılır.

Bazarda çalışan satıcılardan biri bildirir ki, gömrük rüsumlarının artması avtomobillərin qiymətinə ciddi təsir göstərib. Onun sözlərinə görə, eyni model maşınlar ötən illə müqayisədə təxminən 500-600 manat bahalaşıb. Bu isə alıcıların qərar verməsini çətinləşdirir:

"Adam gəlir, baxır, maraqlanır, amma qiyməti eşidəndə fikrini dəyişir. Əvvəl alan çox idi, indi soruşan var, alan azdır".

Satıcıların diqqət çəkdiyi başqa bir məqam isə Çin istehsalı avtomobillərin sayının kəskin artmasıdır.

Xüsusilə ötən il bazara çox sayda Çin markalı maşın daxil olub. Qiymət baxımından cəlbedici görünsə də, bu avtomobillərlə bağlı narahatlıqlar da az deyil.

Onların sözlərinə görə, Çin avtomobillərində texniki problemlər daha tez-tez yaranır. Ən böyük çətinlik isə bu maşınlara baxacaq ixtisaslaşmış usta tapmağın çətin olmasıdır. Ehtiyat hissələrinin tapılması və texniki xidmət məsələsi də alıcıları tərəddüdə salır. Ona görə də bəzi sürücülər Çin avtomobillərini satışa çıxarıblar.

Bildirilib ki, bəzi insanlar artan xərclər, yanacaq və texniki xidmət qiymətləri səbəbindən avtomobildən imtina etməyə çalışır.

Nəticədə bazarda maşın çox, alıcı isə azdır. Bu vəziyyət xüsusilə orta qiymət seqmentində daha qabarıq hiss olunur.

Hazırkı vəziyyət onu göstərir ki, Bakı avtomobil bazarında durğunluq hökm sürür. Qiymət artımı, gömrük rüsumları, Çin avtomobilləri ilə bağlı texniki narahatlıqlar və alıcılıq qabiliyyətinin azalması bazarın əsas problemləri kimi önə çıxır. Satıcılar ümid edirlər ki, yaxın aylarda bazarda yenidən canlanma olacaq, əks halda bu durğunluq daha da dərinləşə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv