Yanvarda dövlət büdcəsinə iki milyard manatdan çox vergi daxil olub

Yanvarda dövlət büdcəsinə iki milyard manatdan çox vergi daxil olub






presstv

"Presstv"az #Audi, #İqtisadiyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı ilin yanvar ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 50.3 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 50.3 milyon manat çoxdur.

presstvaz xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 1 milyard 467.1 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 42.1 milyon manat vəsait ödənilib.

“2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 88.9 milyon manat və ya 6.5 faiz artıb.

Ödənilən vergilərin 71.6 faizi qeyri-neft-qaz sektorunun, 28.4 faizi isə neft-qaz sektorunun payına düşüb.

2026-cı ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 468 milyon manat olub. Bu mənbədən daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5.6 faiz və ya 24.6 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilin yanvar ayına nisbətən 8.2 faiz artaraq 347.5 milyon manata yaxın təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7.4 faiz artıb və 17.2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10.9 faiz artaraq 14.5 milyon manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin yanvar ayına nisbətən bir faiz artıb və 80.2 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2.4 faiz artaraq 62.4 milyon manatdan artıq təşkil edib” – deyə, məlumatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv