“PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda regional “LEGIS Hüquq Forum”u keçirilib

“PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda regional “LEGIS Hüquq Forum”u keçirilib






presstv

"Presstv"az #Adil Kərimli, #Ali Məhkəmə, #Audi, #Azərbaycan, #Bakı, #Hakim, #Kamran Əliyev, #PSJ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“PAŞA Holding” və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u keçirilib.

Sözügedən forum artıq ikinci ildir ki, Bakıda keçirilib və bu silsilə çərçivəsində dövlət rəsmilərini, özəl sektor nümayəndələrini, həmçinin 1 000-ə yaxın hüquq peşəkarını bir araya gətirib. Forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığın təşviqi, hüquq mütəxəssisləri üçün bilik mübadiləsinin təşkili, əsas qanunvericilik islahatlarını müzakirəsi və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaqdır.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov, eləcə də “PAŞA Holding”in Hüquq və Dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.

“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov çıxışında forumun əhəmiyyətini yüksək dəyərləndirib.

“Biz artıq ikinci ildir ki, LEGİS hüquq forumunu təşkil edirik. Hüquq sahəsi bir çox mənada inkişafın təməl daşıdır. Bu sahə qanunun aliliyini təmin edir, hesabatlılığı təşviq edir və cəmiyyətimizin təməlini təşkil edən hüquq və azadlıqları qoruyur. Bizim məhz bu sahə üzrə bir tədbirin keçirilməsində məqsədimiz həm ölkəmizdə, həm də xaricdə yaşayan, özəl və dövlət sektorlarını, eləcə də akademiyanı təmsil edən hüquq peşəkarlarını bir araya gətirərək, onlar üçün fikir mübadiləsi imkanını yaratmaqdır”, – deyə Cəlal Qasımov bildirib.

“2026-cı il üçün planımız cari layihələri davam etdirmək, genişləndirmək və yeni əməkdaşlıqlarla zənginləşdirməkdir. Assosiasiyalar, gənclər təşkilatları və beynəlxalq platformalarla əməkdaşlıqlarımızı artıraraq Azərbaycan hüquq icmasına daha geniş dəstək vermək niyyətindəyik”, – deyə “PAŞA Holding”in Hüquq və Dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aytac Qasımova çıxışı zamanı bildirib.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qeyd edib ki, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları çərçivəsində sahibkarların hüquqlarının etibarlı müdafiəsi və biznes mühitinin yaxşılaşdırılması məqsədilə ixtisaslaşmış kommersiya məhkəmələri yaradılıb və bu məhkəmələr biznes etimadının formalaşmasında əhəmiyyətli rol oynayaraq, kommersiya mübahisələrinin daha peşəkar və ixtisaslaşmış qaydada həllinə imkan yaradır. Burada əsas məqsəd məhkəmə təcrübəsində vahid yanaşmanın təmin edilməsi, qərarların hüquqi əsaslandırılmasının gücləndirilməsidir. İnam Kərimov deyib ki, son illər məhkəmə aktlarının sabitliyinin yüksəlməsi bütövlükdə məhkəmə hakimiyyətinə olan inamın artmasına gətirib çıxarıb. Diqqətə çatdırılıb ki, sahibkarlıq fəaliyyətində inzibati hüququn rolu xüsusi əhəmiyyət daşıyır və bu kontekstdə inzibati məhkəmələr vətəndaşların hüquqlarının müdafiəsində xüsusi rola malikdir. Həmçinin ölkəmizdə arbitraj institutlarının inkişafının kommersiya və mülki mübahisələrin daha operativ və səmərəli həllinə xidmət edəcəyi vurğulanıb.

Qeyd edək ki, tədbir çərçivəsində hüquq sahəsində aktual olan məsələlərə həsr olunmuş bir neçə mühüm müzakirələr də keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv