Səudiyyə Ərəbistan səfiri Mətbuat Şurasında olub

Səudiyyə Ərəbistan səfiri Mətbuat Şurasında olub






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Mətbuat Şurasında olub.

“Presstv”az   xəbər verir ki, qonağı salamlayan MŞ sədri Rəşad Məcid ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Sonra Şura sədri ötən il Səudiyyə Ərəbistanında keçirilmiş media forumu ilə bağlı təəssüratlarını bölüşüb. O, tədbirin yüksək səviyyədə təşkil olunduğunu, orada hazırda medianı qlobal miqyasda maraqlandıran bütün məsələlər ətrafında geniş və məzmunlu müzakirələrin aparıldığını vurğulayıb. R.Məcid, eyni zamanda, Azərbaycan mediasının Səudiyyə Ərəbistanı, habelə ölkənin media nümayəndələri ilə təmaslarının güclənməsinin vacibliyindən söz açıb.

Səfir İssam bin Saleh əl-Cuteyli də Səudiyyə Ərəbistanındakı jurnalistlərlə Azərbaycanın media təmsilçiləri arasında əlaqələrin inkişafının vacibliyini vurğulayıb. O, bunu hər iki ölkənin xalqlarının bir-birinə yaxınlaşması baxımından mühüm məqam kimi önə çəkib. Səfir qarşılıqlı media təmaslarının məlumat və təcrübə mübadiləsi baxımından zəruriliyə toxunaraq bildirib ki, rəhbərlik etdiyi ali diplomatik missiya səudiyyəli jurnalistlərin Azərbaycana səfərinin təşkili istiqamətində fəaliyyətə başlayıb, səfərin gerçəkləşəcəyinə, səmərəli nəticələr verəcəyinə inamını ifadə edib.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rəşad CƏFƏRLİ,

“Presstv”az xəbər portalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv