ABŞ və Çin liderləri telefon danışığı aparıblar

ABŞ və Çin liderləri telefon danışığı aparıblar






presstv

"Presstv"az #ABŞ, #Audi, #Çin, #Çin Xalq Respublikası, #Donald Tramp, #İran, #Müharibə, #Rusiya, #Si Cinpin, #Tayvan, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Ukraynadakı böhranı və İran ətrafındakı vəziyyəti müzakirə etdiyini bildirib.

presstvaz xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” platformasında yazıb.

“Bu, uzun və ətraflı söhbət idi və burada bir çox mühüm mövzulara toxunuldu. O cümlədən ticarət, hərbi məsələlər, aprel ayında Çinə planlaşdırılan səfərim (onu səbirsizliklə gözləyirəm), Tayvan, Rusiya ilə Ukrayna arasında müharibə, İran ətrafında mövcud vəziyyət, Çinin ABŞ-dən neft və qaz alışı, Çinin əlavə kənd təsərrüfatı məhsullarının, o cümlədən cari mövsümdə soya paxlası alışını 20 milyon tona qədər artırmaq imkanını nəzərdən keçirməsi (növbəti mövsümdə isə 25 milyon ton almağı öhdəsinə götürüblər), aviasiya mühərriklərinin tədarükü və bir çox digər mövzular müzakirə olundu”, – deyə Tramp qeyd edib.

Çin Mərkəzi Televiziyasının daha əvvəl verdiyi məlumata görə, telefon danışığı zamanı Si Cinpin Trampı iki ölkə arasında dinc yanaşı yaşama prinsipini qorumağa çağırıb və ABŞ silahlarının Tayvana tədarükü məsələsinə ehtiyatla yanaşmağı tövsiyə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv