Pekin Aİ-ni diskriminasiyada ittiham edir – Nəhəng Çin şirkəti ilə bağlı qalmaqal böyüyür

Pekin Aİ-ni diskriminasiyada ittiham edir – Nəhəng Çin şirkəti ilə bağlı qalmaqal böyüyür






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avropa, #Avropa Komissiyası, #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin Avropa İttifaqının külək generatorları istehsal edən “Goldwind” şirkətinə qarşı başlatdığı araşdırmanı diskriminasiya və proteksionizm aktı kimi qiymətləndirib.

presstvaz TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Tsyan bildirib.

Onun sözlərinə görə, Aİ tez-tez birtərəfli ticari-iqtisadi alətlərdən istifadə edərək, Çin şirkətlərinə qarşı diskriminasiya xarakterli və məhdudlaşdırıcı tədbirlər görür.

Bunun Avropa İttifaqının imicinə ciddi zərər vurduğunu qeyd edən L.Tsyan qurumu bazar açıqlığı və ədalətli rəqabət prinsiplərinə əməl etməyə, ticarət mexanizmlərindən sui-istifadəni dayandırmağa çağırıb.

O, Çinin öz şirkətlərinin qanuni hüquqlarını və mənafelərini qətiyyətlə müdafiə edəcəyini vurğulayıb.

Qeyd edək ki, Avropa Komissiyası fevralın 3-də “Goldwind” şirkətinə qarşı rəsmi araşdırmaya start verdiyini açıqlayıb. Öz istehsal sahəsində dünya bazarının 15 faizindən çoxuna nəzarət edən şirkət xarici dövlət subsidiyalarından, güzəştli kreditlərdən və vergi imtiyazlarından faydalandığı iddia olunur.

Aİ hesab edir ki, bu hal ədalətsiz rəqabət üstünlükləri yaradır və birliyin daxili bazarına zərbə vurur.

Araşdırmaya hələ 2024-cü ildə məlumatların ilkin toplanması ilə start verilib.

Qanun pozuntuları təsdiqlənərsə, Avropa Komissiyası şirkətə qarşı əlavə tədbirlər və ya müxtəlif rüsumlar tətbiq edə bilər.

Daha əvvəl oxşar mexanizmlə Çin elektromobillərinə rüsumların tətbiqi Aİ-Çin münasibətlərində gərginliyə səbəb olmuşdu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv