KİV: ABŞ və Çinin məşhur avtomobil şirkətləri tərəfdaşlıq etməklə bağlı danışıqlar aparırlar

KİV: ABŞ və Çinin məşhur avtomobil şirkətləri tərəfdaşlıq etməklə bağlı danışıqlar aparırlar






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Avto, #avtomobillər, #Braziliya, #Cənubi Koreya, #Çin, #Geely, #İspaniya, #İspaniyanın, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin “Ford” və Çinin “Geely” şirkətləri mümkün strateji tərəfdaşlığı müzakirə edirlər.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” danışıqlarla tanış olan bir neçə mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, buraya istehsal müəssisələrinin və texnologiyanın paylaşılması da daxil ola bilər.

Xüsusilə, “Geely” Avropadakı “Ford” zavodlarında bu regionun bazarı üçün avtomobillər istehsal etməyi düşünür.

Danışıqlar, həmçinin texnologiyaların birgə inkişafını da əhatə edir. Müzakirələrin ən inkişaf etmiş mərhələsi Avropada istehsalla bağlıdır.

Xəbərdə bildirilir ki, “Ford” Miçiqan ştatında “Geely” rəhbərliyi ilə görüşlərdən sonra danışıqları davam etdirmək üçün Çinə nümayəndə heyəti göndərib.

Mənbələr vurğulayıblar ki, danışıqlar bir neçə aydır davam edir, lakin ABŞ bazarı da daxil olmaqla, ortaq razılıqla bağlı məlumat yoxdur.

“Ford”un bu potensial əməkdaşlıq üçün məqsədi Çin şirkətlərinin hazırda liderlik etdiyi elektrikləşdirilmiş və qoşulmuş nəqliyyat vasitələri texnologiyalarının inkişafını sürətləndirməkdir.

Qeyd olunur ki, “Geely” üçün “Ford”un Avropadakı zavodlarında avtomobil istehsalı, Aİ tariflərinin Çin elektrik maşınlarına təsirini azaldacaq (2024-cü ildən 37.6%-ə qədər). Eləcə də Çin şirkətinin Avropa bazarındakı iştirakını genişləndirəcək. “Ford”un İspaniyanın Valensiya şəhərindəki ərazisi bu istehsal müəssisəsi üçün ən çox ehtimal olunan yer hesab olunur.

“Geely” beynəlxalq tərəfdaşlıq strategiyasından fəal şəkildə istifadə edir: Şirkət artıq Cənubi Koreya və Braziliyada “Renault” ilə əməkdaşlıq edir və brend portfelinə “Zeekr”, “Lynk & Co.”, “Volvo” və “Lotus” daxildir.

“Ford” və “Geely” danışıqların detalları barədə şərh vermirlər. “Ford” məsələ ilə bağlı standart açıqlama ilə kifayətlənib:

“Biz bir çox şirkətlə müxtəlif məsələlər üzrə müzakirələr aparırıq. Bəzən bunlar razılığa gətirib çıxarır, bəzən isə yox”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv