Kollecə qarşı rüşvət və saxtakarlıq ittihamı – Şöbə müdiri niyə işdən çıxarıldı?

Kollecə qarşı rüşvət və saxtakarlıq ittihamı – Şöbə müdiri niyə işdən çıxarıldı?






presstv

"Presstv"az #Audi, #Bakı, #Nəqliyyat, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Texniki Kollecində tələbələrdən yüksək qiymət yazılması müqabilində pul tələb olunması ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.

presstvaz xəbər verir ki, tələbələrdən birinin Bizim.media-ya bildirdiyinə görə, onlar qiymətlərini öyrənmək istəyərkən kollecin Nəqliyyat və logistika şöbəsinin müdiri Elçin Haqverdiyev şöbəyə gəlmələrini və pul vermələrini tələb edib.

“Kollecdə sistemli şəkildə imtahanlarla bağlı rüşvətxorluq və saxtakarlıq halları baş verir. Tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunur, verməyənlər qəsdən kəsilir. Rüşvət verən tələbələr əvvəlcə ayrı otaqda sual və cavabları yazır, imtahanın gedişində isə formal iştirak edirlər. Sonradan cavab vərəqləri dəyişdirilir və maksimum qiymət alırlar. Şöbə rəhbərliyi qiymət jurnalına birbaşa müdaxilə edir. Tələbələr öz qiymətlərini öyrənmək istəyəndə “şöbəyə gəlin” deyilir və orada onlardan pul istənilir”, – deyə iddialarda qeyd olunub.

Mövzu ilə bağlı Bakı Texniki Kollecinin tədris işləri üzrə direktor müavini Cəlal Qardaşov açıqlamasında rüşvət iddialarını təkzib edib:

“Elə bir şey yoxdur. Tələbə gəncin o iddiası təsdiq olunmadı, amma digər məsələlər həll edildi. Tələbənin valideyni ilə də görüşdük. Tələbə qiymətini vaxtında öyrənə bilməyib. O da olan işdir”.

Kollec rəsmisi bildirib ki, adıçəkilən şöbə müdiri Elçin Haqverdiyev işdən öz ərizəsi ilə çıxarılıb.

“Bəs əgər rüşvət halı yoxdursa, Elçin Haqverdiyev nə üçün işdən çıxıb” sualına C. Qardaşov belə cavab verib:

“Elçin Haqverdiyev tələbələrin qiyməti vaxtında elan olunmadığı üçün işdən çıxdı”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv