Düzgün qidalanma rasionunda populyar olan bəzi məhsulların gözlənilməzi təsiri

Düzgün qidalanma rasionunda populyar olan bəzi məhsulların gözlənilməzi təsiri






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Düzgün qidalanma rasionunda çox populyar olan bəzi məhsullar əslində bir çox insanda qarında narahatlıq və şişkinlik yarada bilər.

presstvaz xəbər verir ki, bu barədə rusiyalı neyroqastroenteroloq Andrey Simakov Gazeta.ru-ya açıqlamasında danışıb və hansı maddələrin daha çox qaz əmələ gətirdiyini izah edib.

Həkimin sözlərinə görə, avokado, protein batonları və hətta çobanyastığı çayı düşündüyümüz qədər mədə üçün yüngül olmaya bilər. Düzgün qidalanma menyusunda tez-tez FODMAP adlı maddələrlə zəngin məhsullar olur.

FODMAP bağırsaq bakteriyaları tərəfindən asanlıqla fermentasiya olunan oliqosaxaridlər, disaxaridlər, monosaxaridlər və poliollardır. Bu maddələr parçalanarkən qaz əmələ gəlir və nəticədə köp və şişkinlik yaranır.

Simakovun sözlərinə görə, ən tipik nümunələrdən biri avokadodur. Bu məhsul sağlam qidalanmanın simvolu hesab olunsa da, tərkibində perseitol adlı şəkər spirti var və bu maddə bağırsaqda yaxşı fermentasiya olunur.

Həkim qeyd edib ki, 60 qramdan çox avokado bəzi insanlarda artıq köp yarada bilər.

Ekspert əlavə edib ki, bağırsaqda narahatlıq yaradan digər yayılmış mənbə inulin tərkibli protein batonlarıdır. İnulin tez-tez bioloji əlavələrə və sinbiotiklərə əlavə olunur, lakin bəzi insanlar üçün o, bağırsaq bakteriyaları üçün “ideal qida” olduğuna görə köp yarada bilər.

Simakov, həmçinin şişkinlik yarada bilən digər məhsulları da sadalayıb: kombuça (çay göbələyi), çobanyastığı çayı, alma, çovdar çörəyi, bal, sarımsaq və soğan (hətta ədviyyat tərkibində), qoz-fındıq, qarpız, şaftalı, gavalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv