Həbsdə olan Hüseyn Abdullayev vəkilinin verdiyi kassasiya şikayətini geri götürdü

Həbsdə olan Hüseyn Abdullayev vəkilinin verdiyi kassasiya şikayətini geri götürdü






presstv

"Presstv"az #Ailə, #Ali Məhkəmə, #Audi, #Azərbaycan, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Bakı Apellyasiya Məhkəməsi, #Cinayət işi, #Hakim, #Məhkum

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə verilmiş kassasiya şikayəti geri götürülüb.

presstvaz “Report”a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda məhkumun məhkəməyə təqdim etdiyi ərizə elan olunub.

H.Abdullayev müraciətində məhkəmədən vəkili Günay İsmayılovanın Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinin geri götürülməsinin təmin olunmasını xahiş edib. Məhkəmə onun istəyini təmin edib.

Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə həbs olunmuşdu.

O, 2024-cü ildə cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2025-ci il tarixdə çıxardığı hökmlə H.Abdullayev cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək, yenidən 9 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi onun müraciətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

İttihama görə, H.Abdullayev bilərəkdən cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkədə fəaliyyət göstərən banklarda açılmış yeddi sayda hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb.

O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmaqda təqsirləndirilib.

H.Abdullayevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv