Amerikalı senator İsveçrə bankında nasistlərə məxsus gizli hesablar aşkar etdiyini bildirib

Amerikalı senator İsveçrə bankında nasistlərə məxsus gizli hesablar aşkar etdiyini bildirib






presstv

"Presstv"az #ABŞ, #ABŞ senatı, #Almaniya, #Araşdırma, #Argentina, #Audi, #Dollar, #Müharibə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsveçrənin “Credit Suisse” bankının arxivlərində nasistlərlə əlaqəli 890 hesab müəyyən edilib.

presstvaz-ın məlumatına görə, “Reuters” bu barədə ABŞ senatoru Çak Qrasliyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, audit zamanı Almaniya Xarici İşlər Nazirliyinə, silah şirkətinə və Qırmızı Xaça məxsus əvvəllər açıqlanmayan hərbi hesablar aşkar edilib.

Senator, həmçinin qeyd edib ki, Almaniya ordusunun iqtisadi qolunun bankda hesabı olubmuş. O əlavə edib ki, ABŞ tərəfi nasistlərin müharibədən sonra Argentinaya qaçmasına kömək edən sxem haqqında yeni detallar əldə edib.

Qeyd edək ki, İsveçrə bankları uzun illərdir nasistlərlə keçmiş əlaqələrini gizlətdikləri iddiası ilə tənqid olunur. 1999-cu ildə ölkənin iki ən böyük bankı olan UBS və “Credit Suisse” Holokostdan sağ çıxanların iddiaları üzrə 1.25 milyard dollarlıq təzminat ödəyiblər. 2020-ci ilin martında “Credit Suisse” yəhudi fəalların bankın nasist hesablarına sahib olması ilə bağlı ittihamlarından sonra könüllü araşdırmaya razılıq verib, lakin ABŞ Senatının Büdcə Komitəsi onun heç vaxt öhdəliklərini yerinə yetirmədiyini iddia edib. Senatın məlumatına görə, “Credit Suisse” əvvəllər açıqlanmamış ən azı 99 şəxsin hesablarına sahib olub. Onlar ya Almaniyada yüksəkvəzifəli nasist məmurları, ya da Argentinada nasistlərlə əlaqəli qrupların üzvləri olublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv