Leyla Əliyeva Əbu-Dabidə “İnsan Qardaşlığı Məclisi” tədbirində iştirak edib

Leyla Əliyeva Əbu-Dabidə “İnsan Qardaşlığı Məclisi” tədbirində iştirak edib






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Birləşmiş Ərəb Əmirlikləri, #Gürcüstan, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #IDEA İctimai Birliyi, #İndoneziya, #Kolumbiya, #Leyla Əliyeva, #Livan, #Özbəkistan, #Pakistan, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Əbu-Dabidəki Zayed Milli Muzeyində “İnsan Qardaşlığı Məclisi” (“Human Fraternity Majlis”) adlı tədbirdə iştirak edib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan Mübarək Al Nəhyanın videomüraciəti nümayiş olunub.

Sonra Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva çıxış ediblər.

Kardinal Corc Koovakad Papa XIV Leonun tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.

“Zayed İnsan Qardaşlığı Mükafatı” barədə videoçarx nümayiş olunub.

“Qadın liderliyi insan qardaşlığının təməlidir” adlı panel sessiyada İndoneziyanın keçmiş prezidenti və Zayed mükafatı münsiflər heyətinin üzvü Meqavati Sukarnoputri, Livanın birinci xanımı Nehmat Aoun, Kolumbiyanın birinci xanımı Veronika Alkoser Qarsiya çıxış ediblər.

Panel sessiyada çıxış edən Leyla Əliyeva Azərbaycanda fərqli mədəniyyətlərə, dinlərə və ənənələrə hörmətin hər zaman həyat tərzinin ayrılmaz hissəsi olduğunu bildirib. O, uşaqların mehriban mühitdə və ali ailə dəyərləri ilə böyüdüklərini, bunun isə onları gələcəkdə güclü şəxsiyyət kimi formalaşdırdığını vurğulayıb. Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışan Leyla Əliyeva fond tərəfindən təkcə Azərbaycanda deyil, həm də Pakistan, Gürcüstan, Bosniya və Herseqovinada bir çox məktəblərin tikildiyini və ya əsaslı təmir edildiyini bildirib. Yeni texnologiyaların inkişafı ilə təhsil sisteminin də dəyişməsinin vacibliyini vurğulayan Leyla Əliyeva bu prosesin artıq başladığını deyib.

Leyla Əliyeva qeyd edib ki, həm valideynlər, həm də müəllimlər uşaqlara daha çox dəyər verməli, onlara hörmətlə yanaşmalı, onları dinləməyi bacarmalıdırlar.

Uşaqların sosial medianın mənfi təsirlərindən qorumağın əhəmiyyətinə toxunan Leyla Əliyeva hazırda Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanaraq yetkinlik yaşına çatmayanları zərərli məlumatlardan qorumağın yollarının araşdırıldığını bildirib.

Tədbirdə, həmçinin Pakistanın birinci xanımı Aseefa Bhutto Zardari çıxış edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv