Novruz öncəsi tərəvəzlərdə yeni QİYMƏTLƏR

Novruz öncəsi tərəvəzlərdə yeni QİYMƏTLƏR






presstv

"Presstv"az #Azərbaycan, #Fermerlər, #Novruz bayramı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son dövrlərdə Azərbaycanda tərəvəz bazarında qiymətlərin nisbətən aşağı olması həm istehlakçıların, həm də satıcıların diqqət mərkəzindədir. Bazarlarda bəzi meyvə və tərəvəzlər hər zamankından aşağı qiymətə təklif edilir.

Hazırda Azərbaycan bazarlarında kənd təsərrüfatı məhsullarında qiymətlərin aşağı olmasının səbəbləri nədir?

presstvaz xəbər verir ki, mövzu ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, mövsümi bolluq, yerli istehsalın artması və bazara çıxarılan məhsul həcminin çoxalması qiymətlərin stabilləşməsinə, bəzi hallarda isə əhəmiyyətli dərəcədə ucuzlaşmasına səbəb olub.

"Bu tendensiya əhalinin gündəlik tələbat məhsullarına daha əlçatan qiymətlərlə çıxışını təmin etməklə yanaşı, bazarda rəqabətin güclənməsini də şərtləndirir.

Son dövrlərdə bəzi tərəvəz məhsullarının qiymətlərində stabilləşmə, bəzilərində isə enmə müşahidə edilir. Xüsusilə də hazırda pomidorun satış qiymətində azalma olub. Bunun səbəbi odur ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları daha çox daxili bazara yönəlib. Məhsullar daxili bazara yönəldiyi üçün bazarda bolluq yaranıb".

İqtisadçı bildirib ki, Novruz bayramı öncəsi məhsulların qiymətlərində yenidən artım müşahidə ediləcək.

"Hazırda tərəvəz qiymətləri daxili bazarda əlçatandır. Supermarketlərdə kartof 1-1,5 manat, soğan 0.50-1 manat, yer kökü 0.80-1.20 manat, çuğundur 0.70-1.10 manat, pomidor 0.70-2 manat aralığında təklif edilir".

V. Oruc Azərbaycanın meyvə-tərəvəz bazarında mövcud olan bir xüsusiyyəti də vurğulayıb:

"Azərbaycanda fermerlər ötən il çox qazanc əldə edilən məhsulun növbəti il də əkilib-becərilməsinə, satışına maraqlı olur. Amma bu strategiya hər zaman özünü doğrultmur. Bu zaman eyni məhsulun bazarda bolluğu səbəbindən rəqabət yüksək olur və qiymətlərdə azalma baş verir. Hazırda meyvə-tərəvəz bazarındakı qiymətlərin fevralın sonunadək eyni qalacağı qənaətindəyəm".

Vüqar Oruc əlavə edib ki, qiymətlərdəki ucuzluq təbii yetişdirilən məhsullarla parnik məhsullarının bazara eyni anda daxil olması ilə də bağlıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv