Ronaldu Ərəbistandan GEDİR – Klub axtarışına çıxdı

Ronaldu Ərəbistandan GEDİR – Klub axtarışına çıxdı






presstv

"Presstv"az #Avropa, #Əl-Hilal, #Futbol, #Kriştianu Ronaldu, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanındakı gələcəyi ilə bağlı ciddi qərar verməyə yaxındır.

presstvaz xarici mətbuata istinadən xəbər verir ki, “Ən-Nəsr”in hücumçusu klubdakı mövcud vəziyyətdən narazı qaldığı üçün ölkəni tərk etmə ehtimalını nəzərdən keçirir. Məlumata əsasən, Ronaldunun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir və onun karyerasını MLS-də və ya Avropada davam etdirməsi mümkün variantlar sırasında yer alır.

Bildirilir ki, 2023-cü ildə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) ölkənin dörd aparıcı klubu – “Ən-Nəsr”, “Əl-Hilal”, “Əl-İttihad” və “Əl-Əhli” üzərində nəzarət payını əldə etməsi Ronaldunun narazılığına səbəb olub. Ulduz futbolçu hesab edir ki, fond tərəfindən idarə olunan digər klublarla müqayisədə “Ən-Nəsr” transfer bazarında kifayət qədər fəal deyil.

Ronaldunun fikrincə, PIF komandanın titul qazanmaq şansını zəiflətmək üçün “Ən-Nəsr”in yeni futbolçularla müqavilə bağlamasına mane olur. Halbuki hazırda komanda turnir cədvəlində “Əl-Hilal”dan cəmi bir xal geri qalır və çempionluq mübarizəsində iddialıdır.

Mənbə yazır ki, Ronaldu Səudiyyə futbolunun tanıdılması və inkişafında oynadığı rola görə daha çox hörmətə layiq olduğunu düşünür. O, eyni zamanda, ölkədə keçiriləcək 2034-cü il dünya çempionatının tanıdılması üçün səfir olmağa da razılıq verib.

Məhz bu narazılıqlar səbəbindən Kriştianu Ronaldunun Pro Liqanın 20-ci turunda “Ər-Riyad”la oyunda (1:0) meydana çıxmaqdan imtina etdiyi iddia olunur. İlk dəfə Səudiyyə Ərəbistanı çempionu olmaq və karyerasında 1000 qol həddinə çatmaq kimi şəxsi hədəfləri olsa da, ulduz futbolçu klubdakı mövcud durumu ədalətsiz hesab edərək etiraz etməyi vacib sayıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv