“Kəpəz” Premyer Liqada 700-cü oyununu keçirdi

“Kəpəz” Premyer Liqada 700-cü oyununu keçirdi






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Azərbaycan, #Futbol, #Neftçi, #Premyer Liqası, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü oyununu keçirib.

presstvaz Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, Gəncə klubunun yubileyi Misli Premyer Liqasının XVIII turuna təsadüf edib.

Gəncə klubunun yubileyi Misli Premyer Liqasının XVIII turuna təsadüf edib. Qərb təmsilçisi “Şamaxı” ilə ev matçında 0:2 hesabı ilə uduzub.

“Kəpəz” 700 oyunda 293 qələbə qazanıb, 146 heç-heçə edib və 261 dəfə uduzub. 1 040 qola sevinən komanda 889 top buraxıb.

Gəncə klubu evdə 342, səfərdə 346, neytral meydanda 12 oyun keçirib. “Kəpəz” oyun sayında yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”dan geri qalır.

Qeyd edək ki, ilk matçını 1992-ci il mayın 3-də keçirən Gəncə təmsilçisi evdə “Turan”a 2:1 hesabı ilə qalib gəlib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv