İndoneziya İlon Maska icazə verdi: “Grok” ölkədə yenidən işləyəcək

İndoneziya İlon Maska icazə verdi: “Grok” ölkədə yenidən işləyəcək






presstv

"Presstv"az #Audi, #İlon Mask, #İndoneziya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İndoneziya amerikalı milyarder İlon Maska məxsus “xAI” şirkətinə “Grok” çatbotunun ölkədə fəaliyyətini bərpa etməyə icazə verib.

presstvaz bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Buna səbəb hökumətin çatbotun ölkə ərazisində seksual xarakterli məzmunun yaradılmasını qadağan edəcəyinə dair təminatlar alması olub.

Hökumətin açıqlamasında vurğulanır ki, “Grok”un fəaliyyəti gələcəkdə də nəzarətdə saxlanılacaq və qanunsuz məzmunun yayılması, həmçinin uşaqların müdafiəsi prinsiplərinin pozulması daxil olmaqla mümkün yeni pozuntular diqqətlə izlənəcək.

Xatırladaq ki, yanvarın əvvəlində İndoneziya hökuməti “Grok” çat-botunun ölkədə istifadəsini müvəqqəti olaraq qadağan etmişdi. Buna səbəb onun vasitəsilə pornoqrafik təsvirlərin, o cümlədən yetkinlik yaşına çatmayanlarla bağlı məzmunun yaradılmasının mümkün olması idi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv