Əmlak bazarının “qara qutusu”: “Paket-kupça” nədir?

Əmlak bazarının “qara qutusu”: “Paket-kupça” nədir?






presstv

"Presstv"az #Audi, #Avto, #Bələdiyyə, #Ramil Osmanlı, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sosial şəbəkələrdə yerləşdirilən ev elanlarında tez-tez sənədi “paket-kupçadır” ifadəsinə rast gəlinir. Bu ifadə ilə daşınmaz əmlakı təqdim edən vasitəçilər evin guya sənədsiz olmadığını iddia edirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, “paket-kupça” anlayışı hüquqi baxımdan mülkiyyət hüququ yaratmır.

presstvaz ATV-yə istinadən xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, vətəndaşın hər hansı evə pul ödəməsi onun avtomatik olaraq mülkiyyətçisi olması demək deyil. Əmlak üzərində mülkiyyət hüququ yalnız dövlət qeydiyyatından keçmiş çıxarışla (“kupça”) təsdiqlənir. Xalq arasında “kupça” adlandırılan bu sənəd daşınmaz əmlakın yeganə hüquqi mülkiyyət sənədidir.

Elanlarda “paket-kupça” kimi təqdim olunan sənədlərə adətən bələdiyyə arayışı, evin eskiz və ya plan-cizgi sənədi, texniki pasport, kommunal ödəniş qəbzləri, etibarnamə və bəzən də özəl şirkət tərəfindən verilmiş qiymətləndirmə rəyi daxil edilir. Lakin bu sənədlər nə ayrı-ayrılıqda, nə də birlikdə mülkiyyət hüququ yaradır.

Çıxarış olmadan aparılan alqı-satqılar notariat qaydasında rəsmiləşdirilmir və bu da qanunsuz hesab olunur. Çıxarış vasitəsilə əmlakın girovda olub-olmadığı, başqa şəxsə satılıb-satılmadığı və ya hər hansı məhdudiyyətin mövcudluğu dəqiq müəyyən edilir.

“Paket-kupça” ilə ev alan şəxslər ciddi hüquqi və maliyyə riskləri ilə üzləşə bilərlər. Daşınmaz əmlak alışı böyük maliyyə məsuliyyəti tələb etdiyindən, vətəndaşlara çıxarış olmadan ev alqı-satqısına getməmək tövsiyə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv