İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi…

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi…






presstv

"Presstv"az #Azərbaycan, #Dollar, #Ermənistan, #İran, #Müharibə, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bütün dünya TRİPP (və ya Zəngəzur dəhlizi) layihəsinin arxasında kommunikasiyaların açılması və davamlı sülhü görür, Robert Köçəryan isə “təhlükəsizlik riskləri”ni ön plana çıxararaq, layihəni pozmaq üçün əlindən gələni etməyə fokuslanıb.

presstvaz Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyan deyib.

Ermənistan rəsmisinin fikrincə, TRİPP-in pozulması müharibənin başlanğıcı kimi qiymətləndirilə bilər, bu da Robert Köçəryanın rəhbərlik etdiyi müxalif qüvvələrin gizli planıdır:

“Köçəryan hansı dövlətə, kimin övladlarının qanı bahasına müharibə elan etdiyini desin? Yadına İran sərhədi indi düşüb? Bəs Mehri məsələsi (bu bölgənin Azərbaycana verilməsi) üzrə danışıqlar aparanda niyə bu barədə düşünmürdü?”

Çaxoyan xatırladıb ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı dəmir yolu xətti Robert Köçəryanın Ermənistana rəhbərlik etdiyi dönəmdə sökülüb:

“Əgər o relslər qızıldan deyildisə, niyə söküb yediniz? Sizin dağıtdığınızı biz yaradırıq, üstəlik, bir də ad qoyursunuz. Heç kim Köçəryandan soruşmur ki, bu kasıb ölkədə necə dollar milyonçusuna çevrilib?”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv